WhatsApp pul köçürmələri funksiyasının testinə başlayıb

WhatsApp pul köçürmələri funksiyasının testinə başlayıb

Sosial Media
19.01.2018 PAYLAŞIM

Keçən ilin Aprel ayında məlum olmuşdu ki, WhatsApp Hindistanda P2P pul köçürmələri funksiyasını istifadəyə verəcək.

Bir neçə müddət bundan öncə isə məlumat yayıldı ki, WhatsApp-ın sahibi olan “Facebook” şirkəti messencerin bu funksiyasının test mərhələsini işə salıb və o, yaxın zamanda bütün istifadəçilərin 1%-ni əhatə edəcək. Pul köçürmələri sistemi Unified Payments Interface (UPI) interfeysi üzərində qurulub. Bu interfeys isə bank hesabları arasında pulsuz pul köçürmələrini reallaşdırmağa imkan verir. İlk mərhələdə messencer yalnız istifadəçilər arasındakı pul köçürmələrini dəstəkləyəcək. Lakin WhatsApp Business xüsusi versiyasının təqdim olunması ilə pul köçürmələri özəlliyi məhz bu yöndə inkişaf edə bilər. Perspektiv cəhətdən WhatsApp pul köçürmələri üçün hətta özünün ödəmə sistemini də yarada bilər. Belə ki, məhz bu cür ideya şirkətə real pul vəsaitləri gətirə bilər.




DAHA ÇOX


Kontent yaradıcıları üçün Youtube Create tətbiqi təqdim edilib

Youtube tərtibatçıları Youtube Create adlı yeni tətbiqi təqdim ediblər.


Süni zəka vasitəsilə tərtib edilmiş kontentlər TikTok-da xüsusi olaraq işarələnə..

TikTok video müəlliflərə fərdi kontentlərinin süni zəka tərəfindən tərtib edildiyini qeyd etməkdə ya..


Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib..

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası..


Elon Musk X-i (keçmiş Twitter) hamı üçün ödənişli etmək niyyətindədir..

Elon Musk dünən İsrailin baş naziri ilə görüşü zamanı X (keçmiş Twitter) sosial şəbəkəsi ilə bağlı g..


Whatsapp-da Telegram kanallarının analoqu istifadəyə verilib

Kanallar funksiyası qlobal miqyasda Whatsapp-da istifadəyə verilib.


Telegram üçün bir neçə yeni funksiya hazırlanır

Telegram-ın beta versiyasının kodunda hələ anons olunmamış bir neçə funksiya aşkar edilib. ..

×