Logo
    main-post-cover

    X yeni “Exclusive Threads” funksiyasını təqdim etdi

         Technote.az “Engadget” platformasına istinadən bildirir ki, X platforması məzmun istehsalçıları üçün abunəlik sistemində yeniliklər təqdim edib. “Creator Subscriptions 2.0” adlanan yenilənmənin ən diqqətçəkən xüsusiyyəti “Exclusive Threads” funksiyasıdır.
         Belə ki, müəllif mövzunun əvvəlində açıq bir paylaşım edib oxucuların diqqətini çəkə, davamını isə yalnız ödənişli abunəçilərə göstərə bilər. Məqsəd oxucuların mövzunun davamını görmək üçün abunə olmağa daha çox həvəsləndirilməsidir.
         Şirkət funksiyanı tanıdarkən bildirir ki, bu alət məzmun istehsalçılarına auditoriyalarını böyütmək və platformada daha çox gəlir əldə etmək imkanı verəcək. X son aylarda kontent yaradıcılarını cəlb etmək üçün bir sıra addımlar atır. Bu yeniliklərə sponsorlu paylaşımlar üçün “paid partnership” etiketi kimi funksiyalar da daxildir.
         “Exclusive Threads” adının seçilməsi isə bir qədər ironik görünür. Çünki X-in əsas mətn əsaslı sosial media rəqiblərindən biri də Threads adlanır.
    Paylaş