ABŞ hökuməti Çinin məşhur dron istehsalçısı olan DJI şirkətini qara siyahıya daxil edib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
21.12.2020
Farid Pardashunas
ABŞ-ın Ticarət Nazirliyi Çinin məşhur dron istehsalçısı olan DJI şirkətini qara siyahıya daxil edib. Beləliklə ABŞ-dan olan şirkətlər DJI dronlarında istifadə olunan texnologiyaların eksportunu reallaşdıra bilməyəcəklər. Bu barədə The Verge saytı xəbər verib. DJI şirkətinin qara siyahıya daxil edilməsi həmçinin ABŞ şirkətlərinin istehsal etdikləri detalların dronlarda istifadəsini də qəlizləşdirəcək. Bu isə öz növbəsində DJI şirkətinin istehsalat zəncirində problemlər yaradacaq.
Qeyd etmək lazımdır ki, ABŞ hökuməti dəfələrlə bildirib ki, Çin istehsalı olan dronlar ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə mənbəyi kimi çıxış edirlər. 2019-cu ilin oktyabr ayında ABŞ-ın Daxili İşlər Nazirliyi bildirmişdi ki, onlar Çindən ola biləcək casusluq və kiberhücum səbəbilə 800 ədəd dronun işini dayandırıblar. Ticarət Nazirliyi isə təhlükəsizlik səbəbilə xarici şirkətlər tərəfindən istehsal olunan dronların dövlət hesabına alınmasını qadağan etmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)