main-post-cover

    ABŞ-ın hakim partiyalarının senatorları Google və Apple şirkətlərini məhdudlaşdırmağı təklif ediblər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.08.2021
    Farid Pardashunas
        ABŞ-ın iki hakim partiyasını təmsil edən senatorlar tətbiqlər mağazasına sahib Google Apple kimi şirkətlərin hüquqlarını məhdudlaşdıra biləcək yeni qanun layihəsini təqdim ediblər. Senatorların fikirlərinə əsasən bu şirkətlər proqram təminatı bazarında həddindən çox gücə sahibdirlər. Senatorlar yeni qanun layihəsinin qəbul edilməsi üçün əllərindən gələni etmək niyyətindədirlər. Həmin qanun layihəsinə əsasən tətbiqlər üçün nəzərdə tutulmuş böyük mağazalar tərtibatçılardan proqram təminatlarına Google və Apple ödəniş sistemlərini inteqrasiya etməyi tələb edə bilməyəcəklər.
        Bundan əlavə olaraq bu qanun layihəsi alternativ platformalarda fərqli qiymətlərlə və şərtlərə təqdim olunan və alternativ ödəniş sistemlərindən istifadə edən tətbiqlərin cəzalandırılmasını qanunsuz hesab edəcək. Yeni qanun layihəsinin əsas məqsədi isə iOS-ə kənar mağazaların yollarını açmaqdır. “Onların gücləri elə bir nöqtəyə çatıb ki, onlar həmin güc ilə innovasiyaları boğaraq bütün iqtisadiyyata təsir göstərirlər” deyə senator Richard Blumenthal bildirib. Onun sözlərinə əsasən bu yeni qanun layihəsi yaxın zamanda qəbul ediləcək. Apple və Google üçün bu məsələ ciddi ola bilər.
        Belə ki, smartfonlar bazarının inkişafı ilə Apple şirkətinin App Store-dan gəliri milyardlarla dollar təşkil etməyə başlayıb. Sözügedən qanun layihəsi artıq Spotify, Epic Tıle kimi şirkətlər tərəfindən maraqla qarşılanıb. Google və Apple şirkətlərinə qarşı olan təzyiqlərin uzun müddət ərzində olmasına baxmayaraq rəqabətdə olan iki partiyanın birləşərək bu şirkətlərin hegemonluqlarını məhdudlaşdırmaq istəmələri ilk haldır. Buna görə də təklif edilmiş qanun layihəsinin həqitətən də qəbul edilmə ehtimalı çox yüksəkdir. Bu halda şirkətlər öz servislərinin çalışma siyasətlərində dəyişiklik etməli olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər