main-post-cover

    Ahmet Şerif İzgören Bakıya gəlir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.01.2018
    Farid Pardashunas
        Mart ayının 4-də Türkiyənin məhşur iş adamı Ahmet Şerif İzgörenin spikerliyi ilə Bakıda möhtəşəm tədbir keçiriləcəkdir. Bu barədə technote.az -a tədbir təşkilatçıları tərəfindən məlumat verilib. Özyeğin Üniversiteti Sponsorluğu ilə həyata keçirilən Seminarda iştirak etmək istəyənlər aşağıda qeyd etdiyimiz ünvanlardan biletləri əldə edə bilərlər.
        1995-ci ildən etibarən Türkiyə fəaliyyətə başlayan iş adamı, həmçinin bir çox İngilitərə, Danimarka, Hollandiya və bir çox  Avropa ölkələrində 3000-dən çox təlim və seminarlar vermişdir. Ahmet Şerifin əsasən Menecment, Satış, Şirkət idarəetmə sistemlərinin qurulması , Motivasiya, Liderlik, Bədən dili, Bençmarkinq və s. mövzularda təşkil olunur. İş adamının indiyədək nəşr olunmuş və 1,5 milyon satış etmiş 26 kitabı oxuyucuların ixtiyarına verilib.
        1998-ci ildə Elma Yayınevini qurmuş və İngiltərədə Norhampton Üniversiteti Sunley Management Center – ilə 5 il “İşbirligi” layihəsini idarə etmişdir. İzgören hal-hazırda Akademi Ankara, Antalya ,Kayseri, Bursa, Kocaeli və Samsun bölgələrindəki şöbələrdən ibarət şirkətin İdarə Heyətinin Sədri olaraq çalışmaqdadır. Həmçinin o, Türkiyənin 500-dən çox özəl şirkət və dövlət qurumlarına danışmanlıq xidməti verməklə fəaliyyətini davam etdirir. Ahmet Şerif hətta 2017-ci ildə Vaşinqtonda açılan Turksih Coffe Lady - Markasın ortaq təsisçisidir.
    Business Talk
    Adress: Caspian Business Center 5-ci mərtəbə.
    Tel: (012) 404 75 36 Mob: (055) 518 11 61
    E-mail: info@businesstalk.az www.businesstalk.az

    IB CLUB
    Adress: Caspian Business Center 5-ci mərtəbə.
    Tel: (012) 480 34 61 Mob: (055) 238 40 08
    E-mail: info@ibclub.az www.ibclub.az

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər