
Amazon şirkəti OpenAI rəqibinə 4 milyard dollar investisiya yatırmağı hədəfləyib
Tech-Biznes
Startup və Biznes
e-ticaret
26.09.2023
Emil Nəcəfov
Amazon şirkəti Anthropic adlı süni zəka startapına 4 milyard dollar investisiya yatırmaq niyyətini elan edib. Tərəflər arasındakı razılaşma çərçivəsində Amazon şirkəti startapın minoritar hissəsinə sahib olacaq və onun texnologiyalarını öz məhsullarına inteqrasiya edəcək. Anthropic öz növbəsində Amazon tərəfindən sifariş edilmiş çipləri öz gələcək süni zəka modellərinin yaradılmasında, təlimatlandırılmasında və istifadəyə verilməsində istifadə edəcək. Bundan əlavə olaraq startap əsas bulud provayderi qismində Amazon Web Services-dan istifadə edəcək. Məlumata əsasən Amazon-un Anthropic-ə ilk investisiya həcmi 1.25 milyard dollar təşkil edəcək.
Daha sonra bu məbləğ 2.75 milyard dollara yüksələ bilər. Qeyd etmək lazımdır ki, Google şirkəti Anthropic-in 10%-nə sahibdir. Belə ki, bu ilin əvvəlində şirkət startapa 300 milyon dollar investisiya yatırmışdı. Amazon ilə yeni müqaviləyə baxmayaraq Anthropic Google ilə əməkdaşlığını davam etdirəcək. Qeyd etmək lazımdır ki, sözügedən startap 2021-ci ildə Dario Amodei və Daniela Amodei tərəfindən təsis edilib. Startap Claude adlı süni zəka əsaslı çat-botu ilə tanınır. Sözügedən çat-bot ChatGPT tərzində çalışır. Anthropic-in fikrincə ChatGPT-dən fərqli olaraq Claude daha etibarlı və təhlükəsizdir.
Linki kopyala
Həftənin xəbərləri

