main-post-cover

    Android-in yaradıcısı Andy Rubin-in Essential Phone layihəsi, 300 milyon dollar investisiya aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    09.08.2017
    Farid Pardashunas

    Android-in yaradıcısı Andy Rubin-in Essential adlı smartfon startapı, 300 milyon dollar investisiya alıb.

    Qeyd etmək lazımdır ki, bu startap, eyniadlı smartfonun hazırlanması ilə məşğuldur. Əslində yeni investisiya haqqında məlumat, mətbuatda İyun ayından bəri var idi. Lakin Andy Rubin, yenicə bu məlumatı təsdiqləyib. Bundan əlavə olaraq investisiyanı yatırmış investorların adları da məlum olub. Bu siyahıda, “Amazon” şirkətinə məxsus Alexa Fund adlı fond və Çinin texnoloji holdinqi “Tencent” kimi nümayəndələr var. Bundan əlavə olaraq şirkət qeyd edib ki, Essential smartfonunun satış tərəfdaşları həmçinin Amazon və Best Buy online servisləri olacaq. Smartfonun dəqiq çıxış tarixi bilinməsə də, şirkət yaxın zaman ərzində bu məlumatı verəcəyini bildirib. Essential adlı smartfon, Andy Rubin tərəfindən bu ilin May ayının sonunda təqdim edilmişdi. Smartfonun əsas özəlliklərindən biri onun ön panelinin demək olar ki, çərçivəsiz ekrana, korpusunun isə titan və keramikaya sahib olmasıdır. Şirkət bu smartfonu bir neçə aksessuar ilə satışa təqdim edəcək. Onların arasında 360 dərəcəlik kamera və şarj stansiyası olacaq. Essential Phone-nun qiyməti 699$ təşkil edəcək və ilk mərhələdə ABŞ ilə Kanadada satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər