Apple aşağı smartfon satışlarını kompensasiya etmək üçün istifadəçilərə daha çox reklam sərgiləyəcək

Apple aşağı smartfon satışlarını kompensasiya etmək üçün istifadəçilərə daha çox reklam sərgiləyəcək

Startup və Biznes
21.10.2022 PAYLAŞIM

    Öz cihazlarının istifadəçilərinə daha çox reklam elanı sərgiləməklə Apple şirkəti smartfon satışlarının aşağı düşməsini kompensasiya etməyə çalışacaq. Belə ki, son illərdə smartfon satışları şirkətin əsas gəlir mənbəyinə çevrilib. Lakin bu cür addım öz növbəsində istehlakçıların və antimonopoliya üzrə nizamlayıcı orqanların narazılıqlarına səbəb ola bilər. Təcrübə onu göstərir ki, Apple şirkəti iPhone istifadəçilərinin çoxuna məlum olmayan digər bir özəlliyə sahibdir. Belə ki, şirkət kompüter və digər premium cihazlar istehsal etməklə yanaşı həmçinin öz fəaliyyətində reklam sahəsinə də çox böyük diqqət ayırır və şirkət tərəfindən bu sahəyə ayrılan diqqət günü-günüdən daha da böyüyür. 2016-cı ildən şirkət özünün Apple News App Store platformalarında reklamların satılması ilə məşğul olur. Lakin son aylar ərzində Apple, Google, Meta Amazon şirkətlərinin lider olduqları reklam sahəsinə daha da dərindən daxil olmağa başlayıb. İyun ayında şirkət App Store platformasının əsas səhifəsində yerləşdirilən reklam elanlarına görə ödəniş növlərini genişləndirmişdi. Avqust ayında isə şirkətdə xüsusi vakansiya açılmışdı və həmin vakansiya şirkətin reklam platformasının geniş miqyasda avtomatlaşdırılmış olacağına işarə edirdi.

Bu ay məlumat ortaya çıxdı ki, Apple özünün Apple TV+ platforması üçün reklam verənlər axtarır. Lakin Apple TV+ platformasında reklam elanlarının necə sərgilənəcəyi bilinmir. Bu, Youtube-da və ya televiziyada sərgilənən reklam elanlarına bənzər reklamlar ola bilər.

    Apple servislərinin istifadəçilərinin daha çox reklam elanı görəcəkləri faktı artıq heç şübhəli görünmür. Bu məsələdə də Apple reklam sahəsində digər lider şirkətlər olan Google və Meta ilə rəqabət aparacaq. Smartfon bazarında artıq əvvəlki kimi innovasiyalar baş vermir. Buna görə də onların satışları aşağı düşür. Bu səbəbdən Apple yeni gəlir mənbələri axtarmağa məcburdur. Heç istisna deyil ki, Apple şirkətini bu addımı atmağa Amazon-un təcrübəsi ilhamlandırıb. Belə ki, Amazon öz istifadəçilərinə axtarış nəticələrində reklam elanlarını sərgiləməyə başlayıb. 2016-cı ildən Amazon-un bu biznesi 10 dəfə böyüyüb və 2021-ci ildə artıq 31 milyard dollar təşkil edib. Məlumata sasən Apple isə öz reklam biznesindən ildə 4 milyard dollar qazanır. Lakin şirkətin bu cür addımı istifadəçilərin narazılıqlarına səbəb ola bilər. Şirkətin CEO-su Tim Cook da dəfələrlə qeyd edib ki, reklam əsasında qurulmuş biznes modellər istifadəçilərin konfidensiallıqlarının birbaşa pozulmasına səbəb olur. Apple şirkətinin reklam sahəsindəki son təşəbbüsü antimonopoliya üzrə nizamlayıcı orqanların diqqətlərini çəkmişdi. Nizamlayıcı orqanlar iOS-in yeni konfidensiallıq siyasətində şirkət rəqiblərinə zərbə endirmək cəhdinin olduğunu düşünürdülər.


Qeyd etmək lazımdır ki, iOS-in yeni konfidensiallıq siyasətinə əsasən iPhone istifadəçiləri bu və ya digər platformanın onları və onların üstünlük verdikləri şeyləri izləyib-izləməmələrinə özləri qərar verə bilərlər.

    Meta şirkətinin öz qiymətləndirməsinə əsasən iOS-in yeni konfidensiallıq siyasəti səbəbilə o bu il 10 milyard dollar vəsait itirəcək. Apple təmsilçici Shane Bauer şirkətin reklam biznesində ola biləcək dəyişikliklər və həmin dəyişikliklərin iOS-dəki yeni konfidensiallıq siyasətinə necə uyacaqları barəsində konkret bir fikir səsləndirməyib. O sadəcə olaraq qeyd edib ki, istifadəçinin konfidensial məlumatları yalnız istifadəçinin özünə məxsusdur və həmin məlumatların aqibətlərinin necə olacaqlarına da istifadəçinin özü qərar verməlidir. Bundan əlavə olaraq o əlavə edib ki, iOS-in yeni konfidensiallıq siyasəti Apple da daxil olmaqla bütün şirkətləri əhatə edir. Apple təmsilçisinin bu cür bəyanatı o demək deyil ki, şirkətin reklam gəlirləri artmayacaq.

    Insider Intelligence şirkətinin proqnozlar üzrə şöbəsinin direktoru Peter Newman bildirib ki, Apple cihazların satışlarından olan asılılığını aşağı salmaq niyyətindədir. Bu məsələdə rahat reklam platformaları qismində Apple Music və Apple TV+ çıxış edə bilərlər. Məlumatda qeyd edilib ki, Apple reklam biznesində Google və Meta şirkətlərinin sahib olduqları səviyyəyə çatmağı planlaşdırmır. Qeyd etmək lazımdır ki, 2021-ci il üzrə Google reklam biznesindən 210 milyard dollar, Meta isə 115 milyard dollar qazanıb. Apple isə öz növbəsində Microsoft-un sahib olduğu səviyyəyə yüksəlmək niyyətindədir. Microsoft keçən il üzrə reklam sahəsindən 10 milyard dollar qazanıb. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple özünün veb axtarış xidmətini istifadəyə verməyi planlaşdırır. Bunun olacağı halda şirkətin reklam sahəsindəki imkanları artıq başqa səviyyədə olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..


Meta 2018-ci ildə baş vermiş Cambridge Analytica qalmaqalı səbəbilə 725 milyon d..

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sah..

×