Azərbaycanda innovasiya ekosisteminin iştirakçıları mükafatlandırılacaq

Azərbaycanda innovasiya ekosisteminin iştirakçıları mükafatlandırılacaq

Startup və Biznes
12.10.2022 PAYLAŞIM

    Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təsis edilən IDDA Awards mükafatının əsas məqsədi startap ekosistemində yalnız maliyyə gəlirləri baxımından deyil, həm də cəmiyyətə ölçülə bilən təsir baxımından müstəsna qabiliyyət nümayiş etdirən məşhur startapları və ekosistem oyunçularını mükafatlandırmaqdır. IDDA Awards 9 nominasiya üzrə təqdim ediləcək. Nominasiyalar sırasında ilin bacarıq gücü, ilin investoru, ilin texnoloji mediası, ilin rəqəmsal layihəsi, ilin ekosistem oyunçusu, ekosistemin lokomotivi, ilin kəşfi, ilin sahibkarı və ilin startapı kimi kateqoriyalar yer alır. 


    Qeyd edək ki, IDDA Awards uğrunda yarış və iştirak hər kəs üçün açıqdır. Sadəcə uyğun namizədlər müvafiq nominasiya kateqoriyaları üzrə tələblərə cavab verməlidirlər. Birinci mərhələdə nominantlar awards.idda.az saytı vasitəsilə namizədliklərini 20 Oktyabr tarixinə qədər irəli sürməlidirlər. Müvafiq kateqoriya üzrə namizədliyi təsdiqlənən şəxslər, layihələr və şirkətlər ikinci mərhələdə ictimai səsverməyə çıxarırlır. İctimaiyyət tərəfindən seçilmiş nominantlar növbəti mərhələdə 25 Noyabr və 1 Dekabr tarixləri ərzində münsiflər heyətinin seçiminə təqdim olunur. Hər kateqroiya üzrə münsiflər tərəfindən seçilmiş 1 nominant isə əsas mükafatın sahibi olur. Mükafatların 13 Dekabr tarixində təşkil olunacaq xüsusi tədbirdə təqdim edilməsi planlaşdırılır. 

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosisteminin quruculuğu departamentinin rəhbəri Leyla Hacıyeva IDDA Awards mükafatı ilə bağlı technote.az-a eksklüziv açıqlamalar verib və Fərid Pərdəşünasın suallarını cavablandırıb.

- Leyla xanım, “IDDA Awards”ın keçirilməsində əsas məqsəd nədən ibarətdir? 

    Bu layihənin əsas məqsədi ondan ibarətdir ki, düşüncə tərzi həyat fəaliyyətinə çevrilən, fəaliyyəti ilə dəyər yarada bilən insanlar tanınsın və dəyər görsün. Bu elə bir sahədir ki, innovasiyaya, rəqəmsallaşmağa olan maraq həm insanın düşüncə tərzi, həm də təşəbbüskarlığı ilə əlaqəlidir. Bizim məqsədimiz yeniliyə maraqlı olan, bu uğurda daima savaşan, fərq yarada bilən insanlar tapılsın, tanınsın və dəyərləndirilsin.

- Zəhmət olmasa, “IDDA Awards”da olacaq səsvermə prosesi və şəffaflıq haqqında məlumat verə bilərsinizmi?

    İlkin səsvermə sayt üzərində olacaq. Burada ədalətli səsvermə olsun deyə nömrə üzərindən səsvermə baş tutacaq. Bir nömrədən yalnız bir dəfə bir nəfərə səs vermək mümkün olacaq. İkinci dəfə cəhd etdiyiniz halda bu mümkün olmayacaq. Onu da qeyd edim ki, bir nömrə hər nominasiyaya bir dəfə səs verə bilər. Bu da o deməkdir ki, bir nömrə 9 dəfə fərqli nominasiyalar üçün səsvermə haqqından istifadə edə bilər. Bu ekosistemdə tanınmaq üçün çox yaxşı fürsət olacaq. “Public vote” seçimi ilə hər nominasiya üzrə top 5-lik seçiləcək və ikinci mərhələyə keçəcək. İkinci mərhələdə seçimləri isə münsiflər heyəti həyata keçirəcək. Münsiflər eyni zamanda yekun mərhələnin ilk 3-lüyünü də təyin edəcəklər.

- “IDDA Awards” a hansı tələblərə cavab verən şəxslər, starataplar və şirkətlər qoşula bilər?

"İlin Startapı" nominasiyası üzrə:

- Startap 2 ildən çoxdur ki, fəaliyyətə başlayıb

- Startapın müştərilərinin sabit artımı var

- İldə 24,000 AZN-dən yuxarı gəlir əldə edir

- Cari ildə startap 3-dən çox işçini işə qəbul edib

‘’İlin İKT Sahibkarı’’ nominasiyası üzrə:

- Azərbaycan vətəndaş olmalıdır

- Bir neçə innovativ layihələrin idarə edilməsində iştirak edib

- Cari ildə yeni layihələrdən birinə start verib

- Yerli startap ekosistemində fəal oyunçu olmalı (ekosistem tədbirlərində, icma görüşlərində və s. iştirak edir)

“İlin Kəşfi” nominasiyası üzrə:

- 1 ildən az müddətdə başlamış startap və ya innovativ layihə

- Cari il ərzində layihədə əhəmiyyətli artım və inkişaf müşahidə edilib

- Startap yerli və ya beynəlxalq proqramlarda və ya müsabiqələrdə iştirak edib

- Cari il ərzində startap layihədə əhəmiyyətli artım və inkişaf yaşayıb

- Cari il üçün MVP mərhələsindən məhsul mərhələsinə keçib

“Ekosistemin  Lokomotivi” nominasiyası üzrə:

- Ekosistemə əhəmiyyətli təsir göstərib

- İnkubasiya və ya akselerasiya mərkəzlərinin təşkil etdiyi bir neçə proqramda iştirak edib

- Ekspert, mentor, təlimçi və ya münsiflər heyətinin üzvü kimi ekosistem tədbirlərində fəal iştirak edib

- Rəy lideridir

“İlin Ekosistem oyunçusu” nominasiyası üzrə:

- Azərbaycanda qeydiyyatdan keçmiş yerli və ya xarici şirkət

- Şirkət Azərbaycanda startaplar üçün 3-dən çox proqram və tədbir keçirib

- Şirkət 10-dan çox startapı dəstəkləyib

- Şirkət davamlı inkişaf göstəricilərinə malikdir

“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə:

- Fiziki proseslərin rəqəmsallaşdırılmasına və vətəndaşların dövlət və ya özəl təşkilatla qarşılıqlı əlaqəsinin sadələşdirilməsinə yönəlmiş layihə

- Layihəyə cari ildə start verilib

- Layihə istifadəsi asan və sərfəlilik meyarlarına cavab verməlidir

- Layihə E2E prosesinin bir hissəsi kimi qurulmalıdır

“İlin Texnoloji Mediası” nominasiyası üzrə:

- Azərbaycan startap ekosistemi haqqında məzmun yaradan media resursu

- Media resursunda cari il üçün Azərbaycanın startap ekosistemi və texnoloji  hadisələr haqqında 30-dan çox məqalə dərc olunub

- Texnoloji media bu il əhəmiyyətli auditoriya artımı göstərir

- Texnoloji media yeni bölmələr və ya layihələra başlayıb

- Texnoloji media komandasında 5-dən çox insan çalışır

“İlin İnvestoru” nominasiyası

- Yerli və xarici startaplara investisiya yatırmaqla məşğul olan Azərbaycan və ya istənilən digər ölkənin sahibkarı

- Son 12 ayda 2-dən çox startapa investisiya ayrılmasında iştirak edib

- Son 12 ayda ümumi investisiyaların həcmi 50,000 AZN-dən çox olub

“İlin bacarıq gücü” nominasiyası

- Azərbaycan ərazisində fəaliyyət göstərən, texnologiya, innovasiya və sahibkarlıq sahəsində təlim kursları və proqramları təklif edən təhsil mərkəzi

- Son 12 ayda 50+ məzun hazırlayıb

- Son 12 ayda məzun olduqdan sonra müvəffəqiyyətlə işlə təmin olunan tələbələrin faizi 30%-dən çox olub

- 4-dən çox fərqli kurs təklif edir

 


 

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək..


Microsoft ChatGPT-nın yaradıcısı OpenAI şirkətinə milyardlarla dollar investisiy..

Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir..


İrlandiya Meta şirkətini 400 milyon dollar dəyərində cərimələyib

İrlandiyanın məlumatların qorunması komissiyası Meta şirkətini 400 milyon dollar dəyərində cərimələy..


SpaceX şirkətinin bazar dəyəri 137 milyard dollara yüksəlib

Elon Musk-a məxsus olan SpaceX şirkəti özəl şirkət olaraq qalır. Buna görə də o öz maliyyə göstərici..


Elon Musk tarixdə 200 milyard dollar vəsait itirmiş ilk şəxs oldu

Elon Musk təəccübləndirməyə davam edir. 1 ildən bir qədər çox müddət bundan öncə Musk dünyanın ikinc..


Meta 2018-ci ildə baş vermiş Cambridge Analytica qalmaqalı səbəbilə 725 milyon d..

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sah..

×