
Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıb
Startup və Biznes
27.11.2020
Emil
Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlanması üçün yeni agentlik yaradıb. Bu barədə Engadget saytı xəbər verib. Artıq mövcud olan rəqabət və bazarlar üzrə idarəetmənin (CMA) yeni yaradılmış rəqəmsal bazarlar ilə iş üzrə şöbəsi (DMU) 2021-ci ilin aprel ayından başlayaraq xüsusi kodeksin hazırlanmasına başlayacaq. Həmin kodeks böyük texnoloji şirkətlərə qarşı yeni məhdudlaşdırmalar təyin edəcək və kiçik texnoloji şirkətlər üçün daha yaxşı şəraitlər yaradacaq.
Hazırlanacaq yeni kodeks həmçinin istehlakçılara öz məlumatları üzərində daha çox idarəetməni təqdim edəcək və digər platformalardan istifadə çətinliklərini yaradan məhdudlaşdırıcı halları aradan qaldıracaq. Bunun sayəsində istifadəçilər müəyyən edə biləcəklər ki, onlara personal reklamlar təklif olunsun yoxsa yox. Hazırlanacaq kodeksə riayət edilməsinin təmin olunması üçün DMU böyük texnoloji şirkətlər tərəfindən qəbul edilən qərarları ləğv etmək və ya bloklamaq hüququna sahib olacaq. Bundan əlavə olaraq kodeksə riayət etməyəcək şirkətlərə qarşı maddi cərimələr də təyin ediləcək.
Qeyd etmək lazımdır ki, Böyük Britaniya böyük texnoloji şirkətlər üzrə əlavə nizamlayıcı orqanın yaradılmasını 2019-cu ilin ortasından nəzərdən keçirdirdi. CMA-nın bir neçə müddət bundan öncə təqdim etmiş olduğu hesabatda qeyd edilmişdi ki, mövcud olan qanunlar effektiv nizamlama prosesinin yerinə yetirilməsində çətinliklər yaradır. GDPR (məlumatların qorunması üzrə ümumi reqlament) kimi yeni yaradılmış nizamlayıcı orqan Apple, Amazon, Google və Facebook kimi böyük şirkətlərin necə çalışdıqları məsələsində qlobal təsirə sahib ola bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
