Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-un 45 gün vaxtı var

Donald Trump, TikTok-un və WeChat-ın ABŞ-da bloklanması qərarını verdi: TikTok-un 45 gün vaxtı var

Startup və Biznes
07.08.2020 PAYLAŞIM

    ABŞ prezidenti Donald Trump amerikalıların TikTok (ByteDance) servisindən və WeChat (Tencent) messencerindən istifadələrini qadağan edən bir sıra göstərişi imzalayıb. Bu barədə Bloomberg saytı xəbər verib. Qadağalar 45 gündən sonra qüvvəyə minəcəklər. Bu qadağaların qüvvəyə minmələrindən sonra istənilən ABŞ şirkəti TikTok və ya WeChat ilə əməkdaşlığa görə cərimələnəcək. Məlumata əsasən sadalanmış tətbiqlərdə reklamların alınması və onların ABŞ şirkətlərinin online mağazalarında təqdim olunmaları qadağan olacaq.

    TikTok bloklanması öz növbəsində bu servisin sahibi olan ByteDance şirkəti və onun strukturuna daxil olan digər şirkətlər ilə əməkdaşlıqları avtomatik qadağan edir. WeChat-ın qadağan olunmasına gəldikdə isə məsələ yalnız messencerdən istifadənin qadağan olunmasına aiddir. Tencent şirkətinin pay sahibi olduğu oyun şirkətlərinə bu qadağa şamil olunmur. Donald Trump-ın göstərişində qeyd olunub ki, TikTok avtomatik şəkildə böyük həcmli istifadəçi məlumatlarını toplayır.


    “Servisin bu cür həcmdə istifadəçi məlumatlarını yığması öz növbəsində amerikalıların konfidensial məlumatlarını Çinə ötürmək və Çinin potensial şəkildə amerikalı federal işçilərin yerlərini təyin etmək imkanını verir” - deyə Trump qeyd edib. TikTok təmsilçiləri qeyd ediblər ki, amerikalıların konfidensial məlumatları Çində deyil ABŞ-dakı və Sinqapurdakı serverlərdə saxlanılır. Lakin məlumata əsasən şirkət həmin məlumatları öz strukturuna daxil olan digər şirkətlərə də ötürə bilər. TikTok təmsilçiləri bildiriblər ki, onlar ABŞ prezidentinin bu qərarından şoka düşüblər.

    “Bütün il ərzində biz, ortaya çıxmış məlumatları təkzib etmək üçün ABŞ hökuməti ilə əlaqələri nizama salmağa çalışmışıq. Lakin dialoq əvəzinə prezident administrasiyası faktlara fikir vermirdi, öz şərtlərini təqdim edirdi və özəl şirkətlər arasındakı danışıqlara qarışırdı” - deyə TikTok qeyd edib. Şirkət qəbul edilmiş bu qərarı qanunsuz hesab edir və düşünür ki, bu sənəd dünya biznesinin ABŞ-a olan etimadını sarsıda bilər. Qeyd etmək laızmdır ki, bir neçə gün bundan öncə Microsoft şirkəti təsdiqləmişdi ki, o, TikTok-un ABŞ-dakı biznesinin alınması üzrə danışıqlar aparır. Həmin danışıqlar 15 sentyabr tarixinə kimi bitməlidirlər. Beləliklə TikTok-un ABŞ-da bloklanmasının qarşısını almaq üçün Microsoft şirkəti servisin ABŞ-dakı biznesini 15 sentyabr tarixinə kimi almalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk, Starlink layihəsini ayrıca şirkətə çevirərək onu birjaya çıxardacaq..

Elon Musk, Starlink peyk interneti layihəsinin ayrıca ictimai şirkətə çevrilməsi ehtimalının olduğun..


Tesla şirkəti Nikola startapını Semi yük maşınının dizaynının oğurlanmasında gün..

ABŞ-ın Nikola adlı startapının fəaliyyətində çətin mərhələlər başlayıb. Hələ bir neçə müddət bundan ..


Intel şirkəti Huawei ilə əməkdaşlıq üçün ABŞ hökumətindən icazə lisenziyasını əl..

Keçən il ABŞ hökuməti Huawei şirkətini qara siyahıya daxil etmişdi. Bunun nəticəsində ABŞ şirkətləri..


Tesla Energy şirkəti hər il milyardlarla dollar gəlir əldə etmə potensialına doğ..

Piper Sandler investisiya bankının analitiklərinin fikirlərinə əsasən enerjinin saxlanması üzrə stas..


Avropa komissiyası böyük texnoloji şirkətlər üzərində nəzarəti gücləndirəcək..

Avropa komissiyası Google, Facebook, Amazon və Apple kimi böyük rəqəmsal şirkətlər üzərində idarəni ..


Aerotaksi startaplarından biri öz uçan taksilər vasitəsilə uçuş qiymətini açıqla..

Almaniyanın Volocopter adlı aviasiya startapı dəfələrlə uçan taksi və hava üzrə yük daşımaları sahəl..

×