
Foxconn-un iPhone istehsalı ilə məşğul ən böyük zavodunda işçilər etiraz aksiyası keçirdiblər
Startup və Biznes
23.11.2022
Emil
Reuters saytının verdiyi məlumata əsasən Foxconn şirkətinin elektron məhsulların istehsalı ilə məşğul olan ən böyük zavodunda işçilər epidemiya əleyhinə olan məhdudiyyətlər və maaşların gecikməsi səbəbilə etiraz aksiyası keçiriblər. Qeyd etmək lazımdır ki, iPhone-ların istehsalı da məhz həmin zavodda baş tutur. Məlumatda qeyd edilib ki, işçilər verilən qida və dərman çatışmazlığından və eləcə də maaşların gecikməsindən şikayətlənirlər. “Foxconn bizə qarşı heç zaman layiqli şəkildə rəftar göstərməyib” - deyə zavod işçilərindən biri qeyd edib. Hələ bir neçə müddət bundan öncə Çinin kütləvi informasiya vasitələrində məlumat ortaya çıxmışdı ki, Foxconn-un 20 000 nəfər işçisi COVID-19 virusuna yoluxub. Digər bir məlumatda isə qeyd edilib ki, işçilərin yarısı istehsal prosesini tərk edib. Zavoddan ayrılmış işçilərin dəqiq sayı bilinmir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
