Google online reklam bazarının qanunsuz monopolizasiyasında günahlandırılır

Google online reklam bazarının qanunsuz monopolizasiyasında günahlandırılır

Startup və Biznes
25.10.2021 PAYLAŞIM

    Verilmiş məlumata əsasən ABŞ-ın baş prokurorlarından ibarət olan qrup online reklam bazarının qanunsuz monopolizasiyası məsələsində Google şirkətinə qarşı antimonopoliya iddiası qaldırıb. İddianı qaldırmış şəxslər əmindirlər ki, şirkətin öz ixtisaslaşmış birjasındakı reklam müqavilələrindən əldə etdiyi pay digər rəqiblərin əldə etdikləri komissiyalardan 2-4 dəfə böyükdür. Məlumatda qeyd edilib ki, Google öz platformasından keçən reklam xərclərinin 22-42%-ni əldə edir. Antimonopoliya iddiasını qaldırmış şəxslərin fikirlərinə əsasən yeni məlumatlar Google şirkətinin online reklam bazarındakı hegemonluğundan necə mənfəət qazandığını açıq aydın göstərir.

    Google şirkətinin öz reklam birjasındakı müqavilələrdən əldə etdiyi pay rəqib platformaların əldə etdikləri komissiyaları qat-qat üstələyir. Bundan əlavə olaraq qeyd edilib ki, Google online reklam qiymətinin yüksəldilməsi strategiyasından istifadə edir. Bu səbəbdən də Google şirkətinin təqdim etdiyi xidmətlərdən yararlanan şəxslər öz məhsullarının qiymətlərini eynilə qaldırmaq məcburiyyətində qalırlar. Baş prokurorlar tərəfindən qaldırılmış antimonopoliya iddiasına yaxın zamanda uyğun məhkəmə prosesində baxılacaq. Google öz növbəsində qaldırılmış antimonopoliya iddiasını qanunsuz adlandırıb və qeyd edib ki, şirkət tərəfindən online reklam üçün təyin edilmiş ödəniş miqdarı bazarda olan ortalama qiymətdən daha aşağıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×