'Google'un sahibi 'Alphabet' holdinqi, 'Uber'in əsas rəqibi Lyft-ə 1 milyard dollar investisiya yatırdı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
19.10.2017
Farid Pardashunas
“Google” şirkətinin daxil olduğu “Alphabet” holdinqi ABŞ-da fəaliyyət göstərən Lyft taksi servisinin investisiya raundunda iştirak edib.
Bu barədə şirkətin özü bildirib. “Alphabet”in
vençur fondu olan CapitalG sözügedən investisiya raundunun aparıcı investoru
olub. Belə ki, o, Lyft-ə 1 milyard dollar investisiya yatırıb. Müqavilənin şərtlərinə
əsasən CapitalG-nin əməkdaşı David Lawee, Lyft-in direktorlar şurasına daxil
olacaq. Qeyd etmək lazımdır ki, daha öncə “Alphabet”in pilotsuz avtomobillər
istehsalı ilə məşğul olan “Waymo” şirkəti, pilotsuz avtomobillər sahəsi ilə bağlı Lyft ilə əməkdaşlığa başlamışdı.
Həmin əməkdaşlığın təfərrüatları isə
məlum deyil. Həmçinin “Waymo”, “Uber” (Lyft-in ABŞ-dakı əsas rəqibi) ilə məhkəmə
prosesində iştirak edir. Belə ki, “Uber”, “Waymo”nun keçmiş əməkdaşının şirkətdən
gizli texnologiyaları alaraq “Uber”ə təhvil verilməsində ittiham olunur. “Uber”in
hal hazırki qiyməti 70 milyard dollar qiymətlərindirilir. Keçirilmiş sözügedən
sonuncu investisiya raundundan sonra isə Lyft 11 milyard dollar dəyərində qiymətləndirilir.
Bununla yanaşı Lyft onu da qeyd edib ki, o,
hal hazırda ABŞ əhalisinin 95%-nə xidmət göstərə bilir. İlin əvvəlində
isə bu göstərici 54% idi. Həmçinin Lyft qeyd edib ki, gələn il artıq gəlirli
şirkət olmağı planlaşdırır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)