Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Startup və Biznes
29.11.2021 PAYLAŞIM

    Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər. Söhbət, internet kabelləri ilə şəbəkə qüllələrinin quraşdırılmasının iqtisadi baxımdan sərfəli olmayan regionlardan gedir. Lakin heç də bütün dövlətlərin hökumətləri bu cür imkanı öz vətəndaşlarına təqdim etməyə can atmırlar. Bu cür dövlətlərə Hindistan da daxil olub. Hal hazırda SpaceX şirkətinin Starlink peyk interneti 21 ölkədə beta test formatında aktivdir. Lakin buna baxmayaraq şirkət Hindistanı tez zamanda peyk interneti ilə təmin etməyə çalışır.

    Belə ki, bu ölkədə çoxlu sayda kənd əhalisi yaşayır və onlar çox halda etibarlı və yüksək sürətli internet şəbəkəsinə ehtiyac duyurlar. Maraqlısı ondadır ki, Starlink üçün Hindistan üzrə ön sifarişlərin qəbulu çərçivəsində şirkət ümumilikdə 5000 qoşulma sorğusu əldə edib. Starlink-in Hindistan üzrə çöbəsi 1 noyabr tarixində qeydiyyatdan keçmişdi və daha sonra ön sifarişləri qəbul etməyə başlamışdı. Lakin buna baxmayaraq o, ölkədə peyk internetinin işə salınması üçün nəzərdə tutulmuş xüsusi icazəni hələ əldə etməmişdi.


    Beləliklə 1 aydan sonra Hindistan hökuməti Starlink-ə ön sifarişlərin yığılmasını və peyk interneti xidmətinin təqdim edilməsini qadağan edib. Məlumatda qeyd edilib ki, Hindistan dövləti bu qərarı servisin fəaliyyət üçün lisenziya əldə edəcəyi vaxta kimi qəbul edib. Hindistan həmçinin vətəndaşlara hal hazırki mərhələdə servisdə qeydiyyatdan keçməyi məsələhət görmür. SpaceX mövcud olan vəziyyətə fikir bildirməkdən imtina edib. Starlink-in Hindistanda nə zaman fəaliyyətə başlayacağı barəsində bir məlumat yoxdur. Lakin servis 2022-ci ilin sonuna kimi Hindistanda minimum 200.000 qoşulma sorğusu əldə edəcəyini planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Pixel smartfonlarının ABŞ-da satışlarına qadağa qoyulub

Google şirkətinin Pixel smartfonları çox maraqlı vəziyyətlə qarşı-qarşıya qalıblar.


Xiaomi özünün Black Shark brendini sata bilər

Ortaya çıxmış yeni məlumata əsasən Xiaomi özünün Black Shark smartfon brendini sata bilər...


Xiaomi 2024-cü ilə kimi dünyanın nömrə 1 smartfon istehsalçısına çevrilməyi plan..

Xiaomi şirkəti 28 dekabr tarixində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində yeni məhsullarında..


TikTok moderatorları sosial şəbəkəni məhkəməyə veriblər

Məşhur TikTok sosial şəbəkəsinin moderatorları servisin özünü və onun sahibi olan ByteDance şirkətin..


İtaliyanın antimonopoliya xidməti Amazon şirkətini 1.13 milyard avro dəyərində c..

İtaliyanın antimonopoliya xidməti ABŞ-ın Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib...


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..

×