
Honor şirkəti birjaya çıxmağa hazırlaşır
Startup və Biznes
24.11.2023
Emil
Honor şirkəti öz səhmlərinin birjaya yerləşdirilməsi (IPO) prosesi üçün hazırlıqlara start verdiyini elan edib. Beləliklə Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilməsindən təqribi olaraq 3 il sonda şirkət IPO-ya çıxmağa hazırlaşır. Şirkət IPO-nun nə zaman və hansı birjada keçiriləcəyi barəsində məlumat verməyib. O sadəcə olaraq qeyd edib ki, onun son 3 il ərzində bazardakı mövqeyi olduqca yaxşılaşıb və səhmlərin birjaya yerləşdirilməsi şirkət üçün növbəti məntiqli inkişaf mərhələsidir. Canalys şirkətinin məlumatına əsasən bu ilin üçüncü rübündə Honor şirkəti 11.8 milyon ədəd satılmış smartfon göstəricisi ilə Çin smartfon bazarında birinci yeri tutub. 2022-ci ildə isə şirkət satış həcmi mövzusunda bazarın ikincisi olmuşdu. Counterpoint Research şirkətinin məlumatına əsasən Honor bu ilin üçüncü rübündə Avropanın beşinci ən böyük smartfon təchizatçısı olub.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
