main-post-cover

    Huawei ABŞ qurumunun qərarını apelyasiya məhkəməsinə verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.02.2021
    Farid Pardashunas
        Huawei şirkəti ABŞ-ın şəbəkələr üzrə federal komissiyasının (FCC) qərarını apelyasiya məhkəməsinə verib. Huawei bildirib ki, şirkətin ABŞ-ın milli təhlükəsizliyinə təhlükə mənbəyi kimi qəbul edilməsi konstitusiya qaydalarına ziddir. Bu barədə The Wall Street Journal xəbər verib. Qeyd etmək lazımdır ki, ABŞ hökumətinin fikrincə şirkətin texnologiyaları casusluqda istifadə oluna bilər. Huawei isə bu iddiaları təkzib edir. Bunun nəticəsində şirkət FCC-nın qərarına yenidən baxılmasını tələb edir. FCC-nın qərarına əsasən ABŞ-ın operatorları dövlətin qara siyahısına salınmış şirkətlərdən təchizat ala bilməzlər.
        Huawei tərəfindən qaldrılmış apelyasiya məhkəməsi iddiasında qeyd edilib ki, FCC dekabr ayında təyin etdiyi qərar çərçivəsində öz səlahiyyətlərindən sui-istifadə edib və qaldırılmış ittihamlara heç bir sübut təqdim olunmayıb. FCC rəsmisinin verdiyi məlumata əsasən qurum öz qərarını apelyasiya məhkəməsində qoruyacaq. Qeyd etmək lazımdır ki, 2019-cu ilin may ayında ABŞ-ın Ticarət Nazirliyi Huawei şirkətini qara siyahıya salmışdı. Şirkət casusluqda, texnologiyaların oğurlanmasında və maliyyə dələduzluğunda ittiham olunurdu. Keçən il isə sanksiyalar səbəbilə Huawei özünün Honor brendini satmaq məcburiyyətində qaldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər