main-post-cover

    iPhone istehsal edən əsas zavodun fəaliyyətinin dayanması Apple şirkətinə nə dərəcədə təsir göstərəcək?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.11.2022
    Farid Pardashunas
        Bu ayın əvvəlində Çində koronavirusa yoluxanların sayının yenidən artması səbəbilə Foxconn şirkətinin Çjençjou şəhərindəki əsas zavodu bilinməyən müddətə kimi fəaliyyətini dayandırdı. Qeyd etmək lazımdır ki, bütün iPhone 14 modellərinin 80%-i və bütün iPhone 14 Pro modellərinin 85%-i məhz sözügedən zavodda istehsal olunur. Morgan Stanley şirkətinin analitikləri isə mövcud vəziyyət səbəbilə Apple Foxconn-un nə dərəcədə zərər görəcəklərini hesablayıblar. İkin mərhələdə Foxconn zavodunda karantin 9 noyabr tarixinə kimi təyin edilmişdi.
        Lakin bu müddətin uzadılma ehtimalı çox yüksəkdir. Morgan Stanley mütəxəssisləri zavoddakı fəaliyyətin bu ilin sonuna kimi dayanacağı halda nə qədər vəsait itkisinin olacağını hesablayıblar. Foxconn zavodunun il sonuna kimi fəaliyyətsiz qalma ehtimalı çox az olsa da onu istisna etmək olmaz. Beləliklə əgər zavod il sonuna kimi fəaliyyətini dayandırsa, bu ilin dördüncü rübündə Apple şirkətinin smartfon satışları 20% aşağı, iPhone satışlarından əldə olunan gəlir isə 36% aşağı düşəcək. Bunlar çox böyük göstəricilərdir.
        Belə ki, Apple şirkətinin gəlirlərinin yarısı məhz iPhone satışları hesabına generasiya edilir. Bir neçə müddət bundan öncə təqdim edilmiş hesabata əsasən geridə qalmış rüb üzrə Apple iPhone satışlarından 42.63 milyard dollar qazanc əldə edib. İndiki rübdə isə iPhone-lara tələbat daha yüksək olmalıdır. Belə ki, qarşıdan Yeni il bayramı gəlir. Beləliklə hesablamalara əsasən nəticə etibarilə Apple il sonuna kimi 15 milyard dollar vəsait itirə bilər. Vəziyyətin normallaşması üçün Foxconn ehtiyat istehsalatı işə salmağa hazırlaşır. Bununla yanaşı o, əlavə işçilərin cəlb edilməsi üçün saat başına düşən əmək haqqını 30% yüksəltməyi nəzərdə tutub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər