Logo
    main-post-cover

    iPhone istehsalının digər ölkələrə daşınması üçün Apple şirkətinə illərlə vaxt lazım ola bilər

    Startup və Biznes
    11.11.2022
    Emil
        Apple bir neçə müddət bundan öncə iPhone 14 smartfonlarının istehsalının müəyyən müddətlik azaldılmasını elan etdi. Belə ki, onun bu məsələdə əməkdaşlıq etdiyi Foxconn şirkətinin Çjençjou (Çin) şəhərindəki əsas zavodu pandemiya səbəbilə fəaliyyətini dayandırıb. Qeyd etmək lazımdır ki, iPhone 14 ilə iPhone 14 Pro-nun böyük hissəsi məhz sözügedən zavodda istehsal edilir. Apple öz növbəsində istehsalat prosesini tədricən Vyetnam və Hindistana keçirdir. Lakin mütəxəssislərin fikirlərinə əsasən şirkətin Çindən getmə prosesi illərlə zaman ala bilər. Məlumatda qeyd edilib ki, əsasən Çində yerləşdirilmiş iPhone istehsalı prosesinin yerdəyişməsini reallaşdırmaq üçün illər lazım olacaq.
        Çindən kənarda şirkət iPhone istehsalı sifarişlərini Vyetnam və Hindistan kimi ölkələrdə yerləşdirir. Lakin analitiklərin sözlərinə əsasən söhbət, böyük həcmli sifarişlərdən getmir. Apple Hindistan və Vyetnam kimi ölkələrdə hələ ki, az sayda iPhone istehsalı ilə məşğuldur. Məlumata əsasən hal hazırda Apple saytında iPhone 14 Pro-nun sifariş edilməsi halında şirkət həmin sifarişi yerinə yetirmək üçün özünə 31 günlük vaxt təyin edir. Bu isə digər iPhone 14 modellərinin sifarişləri zamanı şirkət tərəfindən özünə təyin edilən vaxtdan qat-qat böyükdür. Belə ki, digər iPhone 14 modellərinin Apple saytında sifarişi zamanı şirkət sifarişin yerinə yetirilməsi üçün özünə 2 günlük vaxt təyin edir. Counterpoint Research şirkətinin qiymətləndirməsinə əsasən yaxın həftələrdə iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinin istehsalat həcmləri 10% aşağı düşəcək.
    Paylaş
    Bənzər xəbərlər