main-post-cover

    'Jaguar Land Rover' şirkəti, Uber-in rəqibinə 25 milyon dollar investisiya yatırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.06.2017
    Farid Pardashunas

    Britaniyanın ən böyük avtomobil istehsalçısı olan “Jaguar Land Rover”, Uber-in rəqibi Lyft-ə 25 milyon dollar investisiya yatırdı.

    İnvestisiyadan əlavə olaraq “Jaguar Land Rover” şirkəti, sözügedən taksi servisi üçün avtomobillər parkı təşkil edəcək və ona pilotsuz avtomobil yaratmaq da köməklik edəcək. Maliyyələşdirmə prosesi, “Jaguar Land Rover” şirkəti tərəfindən keçən il yaradılmış və nəqliyyat texnologiyalarına dəstək olan InMotion Ventures şöbəsi vasitəsilə həyata keçirilib. Şirkət düşünür ki, uzunmüddətli perspektivdə böyük şəhərlərdə avtomobilə sahiblənmək tələbatı azalacaq. Belə ki, insanlar ənənəvi  avtomobil istifadəsindən səyahət üçün bundan yalnız xidmət kimi istifadəyə keçid edir. Lyft-ə yatırılmış bu investisiya, Uber ilə rəqabətdə digər avtomobil istehsalçıları tərəfindən dəstəyi əks etdirir. Lyft hal hazırda yalnız ABŞ-da fəaliyyət göstərir və ilin sonuna kimi bu taksi xidmətinin ABŞ-ın daha 300 şəhərində aktiv olacağı planlaşdırılır. Məlumata əsasən son zamanlar Uber-in başına gələn uğursuzluqların fonunda onun rəqibi yeni müştərilər və tərəfdaşlar əldə etməyə nail olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər