
Mark Zuckerberg-in Meta-dan ayrılacağı dair məlumatlar təkzib edilib
Startup və Biznes
23.11.2022
Emil
Dünən The Leak adlı sayt öz mənbələrinə istinadən məlumat verdi ki, gələn il Mark Zuckerberg Meta şirkətinin CEO vəzifəsindən ayrılacaq. Məlumatda qeyd edilmişdi ki, bu cür qərar əsaslandırılmış qərardır. Belə ki, şirkət öz metakainat layihəsinə milyardlarla dollar vəsait xərcləyir və sosial şəbəkələr bazarında ciddi durğunluğa sahibdir. İnvestorlar isə şirkətin bu yeni inkişaf istiqamətindən narazıdırlar. Nəticədə bu il Meta səhmlərinin dəyəri ümumilikdə 70% aşağı düşüb. Bununla belə The Leak saytı qeyd etdi ki, Mark Zuckerberg-in şirkətdən ayrılması metakainat layihəsində ciddi bir dəyişikliyə gətirib çıxartmayacaq.
Zuckerberg-in şirkətdən ayrılması xəbərini investorlar müsbət qarşılayıblar. Belə ki, şirkət səhmlərinin dəyəri qısa müddət aralığı üçün 1% yüksəldi. Lakin Meta-nın təmsilçisi olan Andy Stone Zuckerberg-in gələn il Meta-nın CEO vəzifəsindən ayrılacağına dair yayılmış məlumatları təkzib edib. O sadəcə olaraq öz Twitter hesabında bu məsələ ilə bağlı “Bu doğru deyil” paylaşımını edib. Qeyd etmək lazımdır ki, şirkətin vəziyyəti heç də yaxşı deyil. Bir neçə müddət bundan öncə Zuckerberg şirkətin 11 000 nəfər işçisinin işdən azad ediləcəyini elan etmişdi.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
