MediaTek şirkəti Apple üçün prosessor istehsal etməyə başlayacaq

MediaTek şirkəti Apple üçün prosessor istehsal etməyə başlayacaq

Startup və Biznes
02.02.2021 PAYLAŞIM

    MediaTek şirkəti dedikdə çoxları Çin istehsalı olan ucuz smartfonlardakı prosessorları fikirləşirlər. Buna baxmayaraq şirkət aktiv şəkildə inkişaf edir və hətta keçən il Qualcomm-u geridə qoyaraq ən böyük mobil prosessor istehsalçısına çevrilmişdi. İndi isə məlum olub ki, MediaTek prosessorları Apple məhsullarında istifadə olunacaq. Belə ki, MediaTek Apple şirkətinin rəsmi tərəfdaşı olub. Beləliklə MediaTek ya bu ay ya da artıq gələn ay Apple üçün prosessorlar istehsal etməyə başlayacaq. MediaTek tərəfindən istehsal olunacaq prosessorlar Apple şirkətinin Beats brendi altında satılan qulaqlıqlarında istifadə olunacaq.

    Lakin qulaqlıqlarda istifadə olunacaq prosessorların sırf MediaTek üsulu ilə və ya Apple şirkətinin xüsusi təlimatları ilə istehsal edilib-edilməyəcəyi bilinmir. Maraqlısı ondadır ki, MediaTek prosessorları saxta AirPods modellərində çox istifadə olunurlar. Məlumata əsasən 2020-ci ildə 600 milyona yaxın bu cür cihaz satılıb. Bu isə orijinal Apple AirPods-un satışlarından 6 dəfə çoxdur. Heç istisna deyil ki, bu cür statistika Apple şirkətinin MediaTek-i öz tərəfdaşı qismində seçməsində böyük rol oynayıb. Bununla yanaşı gələcəkdə MediaTek prosessorları təkcə qulaqlıqlarda deyil digər Apple məhsullarında da istifadə oluna bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Cənubi Koreya hökuməti Google şirkətini 177 milyon dollar dəyərində cərimələyib..

Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməkdə davam edir...


Apple şirkəti məhkəməyə verilib və ondan 200 milyard dollar təzminat tələb olunu..

Nyu-Cersi ştatından olan Primary Productions adlı şirkət Apple-a qarşı kollektiv məhkəmə iddiası qal..


Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq şirkətini rəsmi qeydiyyatdan keç..

Smartfonlarla yanaşı digər elektron cihazların istehsalı ilə məşhur olan Xiaomi şirkəti elektromobil..


Google və Apple ödəniş sistemlərinin tətbiqlərə məcburi inteqrasiyaları Cənubi K..

Cənubi Koreya Google və Apple kimi böyük şirkətlər ilə bağlı yeni qanun layihəsi qəbul edib. ..


Joe Biden administrasiyası Huawei-yə qarşı təyin edilmiş sanksiyaları yumşaltmağ..

Joe Biden artıq yarım ildən bir qədər çoxdur ki, ABŞ hökumətinin rəhbəri vəzifəsində çalışır. Lakin ..

×