main-post-cover

    Məşhur taksi servisi olan Taxify 175 milyon dollar investisiya aldı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    30.05.2018
    Farid Pardashunas
        Estoniyada təsis edilmiş məşhur Taxify taksi servisi növbəti investisiya raundunu yekunlaşdıraraq 175 milyon dollar investisiya aldı. Nəticədə sözügedən taksi servisinin qiyməti 1 milyard dollar dəyərində qiymətləndirilib. Qeyd etmək lazımdır ki, yekunlaşdırılmış investisiya raunduna avtomobil istehsalçısı olan Daimler şirkəti liderlik edib. Beləliklə Daimler şirkətinin təmsilçiləri Taxify servisinin direktorlar şurasına daxil olacaqlar.
        İnvestisiya raundunda həmçinin Avropanın vençur fondu Korelya CapitalTransferWise ödəniş sisteminin təsisçisi iştirak ediblər. Taxify əldə olunmuş investisiyanı öz texnologiyalarının inkişafı və beynəlxalq ekspansiya üçün istifadə edəcək. Taksi servisi əsasən Afrika və və bir sıra Avropa bazarlarına çıxmağı planlaşdırır. Taxify həmçinin təsdiq edib ki, o, Rusiya bazarına çıxmağa hazırlaşır. Bu məsələ barəsində hələki heç bir dəqiq tarix yoxdur.
        Lakin buna baxmayaraq şirkət artıq öz saytının rus dili versiyasını istifadəyə verib. Taxify 2013-cü ildə estoniyalı sahibkar Markus Villig tərəfindən təsis edilib. Hal hazırda şirkət 25-dən çox ölkədə fəaliyyət göstərir. Şirkətin öz məlumatlarına əsasən taksi servisi 500.000-dən çox sürücü ilə 10 milyondan çox sərnişinə xidmət göstərir. Keçən il şirkətə digər məşhur taksi servisi Didi Chuxing investisiya yatırmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər