main-post-cover

    Meta şirkəti 256 milyon avro dəyərində cərimələnib: Səbəb nədir?

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    29.11.2022
    Emil Nəcəfov
        Məlumatların qorunması üzrə İrlandiya komissiyası (DPC) Meta şirkətini cərimələyib. Səbəb isə istifadəçi məlumatlarının sızdırılmasıdır. İstifadəçilərin özəl məlumatlarının sızdırılması 2021-ci ilin aprel ayında məlum olmuşdu. Belə ki, həmin vaxtda hackerlər 533 milyon Facebook istifadəçisinin məlumatlarını oğurlamış və onları hacker forumlarından birində yerləşdirmişdilər. Oğurlanmış məlumatlar bazası daxilində istifadəçilərin adları, mobil nömrələri, yerləşdikləri yerlər və doğum tarixləri əks olunmuşdu. Həmin məlumatlar bazası Facebook istifadəçilərinin 2018-2019-cu illəri əhatə etmiş məlumatları özündə birləşdirmişdi.
        Meta təmsilçiləri qeyd ediblər ki, hackerlər şirkətin 2019-cu ildə aradan qaldırmış olduğu sistem boşluğundan istifadə edərək istifadəçilərin məlumatlarını oğurlayıblar. Buna baxmayaraq şirkət 265 milyon avro dəyərində cərimə ödəməli olacaq. Komissiya təyin edib ki, şirkət Avropa Birliyinin məlumatların qorunması üzrə qanunvericiliyinin iki maddəsini pozub. Bununla yanaşı şirkət komissiya tərəfindən xəbərdarlıq əldə edib. Şirkət məlumatların emalı proseslərini Avropa Birliyinin qanunvericiliyinə uyğunlaşdırmalıdır.
    Linki kopyala