main-post-cover

    Microsoft Bing axtarış sisteminə artıq 100 milyard dollar vəsait sərf edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    04.10.2023
    Emil Nəcəfov
        Google şirkəti artıq uzun illərdir ki, axtarış sistemləri üzrə qlobal bazarda liderdir. Microsoft isə uzun illər ərzində özünün Bing axtarış sistemi vasitəsilə bu bazarın bir hissəsinə sahib olmağa çalışır. Məlum olub ki, Microsoft Google şirkətinin axtarış sistemləri bazarındakı monopoliyasını zəiflətmək üçün artıq 100 milyard dollar vəsait sərf edib. Bu barədə məlumatı Microsoft şirkətinin CEO-su Satya Nadella məhkəmə prosesində şahidlik edərək təqdim edib.
        Qeyd etmək lazımdır ki, ABŞ Ədliyyə Nazirliyi Google şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkət axtarış sistemləri bazarında öz üstünlüklərindən istifadə edərək monopoliyanın yaradılmasında günahlandırılır. Ədliyyə Nazirliyi bu məsələni keçən aydan araşdırır. Tərəflər arasında gedən məhkəmə prosesində iştirak etmiş Satya Nadella bildirib ki, qeyd edilmiş 100 milyard dollar Bing axtarış sisteminin hazırlanmasına və inkişaf etdirilməsinə sərf edilib.
        Təəssüflər olsun ki, Microsoft-un bu qədər vəsaiti hansı müddət ərzində sərf etdiyi barəsində məlumat verilməyib. Bununla belə bu qədər vəsaitin sərf edilməsi ilə hansı nailiyyətlərin əldə edilməsi də tam aydın deyil. Bununla belə Satya Nadella-nın sözlərinə əsasən Google şirkəti 97%-lik payı ilə axtarış sistemləri bazarında dominantlığını qoruyub saxlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər