Startapda çalışmamaq üçün 7 səbəb

20.05.2017 0 PAYLAŞIM 1110 OXUNMA

Amerikanın “Lever” şirkətinin heyət şöbəsinin rəhbəri Jennifer Kim, startapda iş zamanı hansı gözləntilərin olmamasını izah edib. Onun məsləhətlərini sizlərə təqdim edirik.

Əgər axşam saat 5-dən sonra və səhər saat 8-ə qədər iş barəsində düşünmək istəmirsinizsə, onda startapda çalışmayın.

Şikətin iddialı planlarını yerinə yetirmək üçün əsasən startapda işçi çatışmamazlığı olur. Məhz buna görə startapda iş zamanı böyük yükdən qaçmaq mümkün deyil. Söhbət təkcə iş vaxtı bitəndən sonra müəyyən müddətə iş yerində qalmaqdan getmir. Siz yemək zamanı lazımi yerlərə məktub göndərməli, taksidə harasa gedən zaman yerinə yetirməli olduğunuz tapşırıqların siyahısına baxmalı və ya sizin kimi yuxusuz qalmış həmkarlarınız ilə iş məsələlərini Slack-da müzakirə etməli olacaqsınız.

Tez bir zamanda böyük miqdarda pul qazanmaq arzusundasınızsa, onda startapda çalışmayın.

Bəli, “Facebook” IPO-ya çıxdıqdan sonra minlərlə milyonçu əmələ gəldi. Lakin gəlin bir reallığı qəbul edək. Sizinlə eyni hadisə çox güman ki, baş verməyəcək. Məsələ onda deyil ki, adətən bir çox startaplar uğursuzluğa düçar olurlar. Hətta ən uğurlu layihələr belə, “Facebook” və “Google” kimi iri miqyasda bir gəlir gətirmir. Bir çox startaplarda maaş səviyyəsi, böyük şirkətlərdə verilən maaşdan daha aşağı olur. Hər şey sizin səhmlərinizin potensial qiymətindən asılıdır. Nəticə etibarilə ola bilər ki, sizin səhmlərinizin heç bir dəyəri olmasın. İşə başlamazdan öncə bunu bilməlisiniz.

İş və şəxsi həyat arasında sərhəd saxlamaq istəyirsinizsə, onda startapda çalışmayın.

Hansısa böyük şirkətdə çalışan zaman iş münasibətinə əsaslanaraq siz öz şəxsi həyatınızı müəyyən səviyyədə idarə edə bilirsiniz. Startapda isə siz günün böyük bir hissəsini öz komandanızla keçirtməli olacaqsınız. Onların sayəsində siz güləcəksiniz. Bəlkədə onlar ilk dəfə sizin göz yaşlarınızı görəcəklər. Sizin üçün çətin olan vaxtlarda onlar sizə dəstək olacaqlar. Bu insanlar təkcə sizin həmkarlarınız olmayacaqlar. Onlar sizin dostlarınız olacaqlar. Bəzi insanlar ilə olan dostluq isə ömür boyu qala bilər.

Əgər siz indiki işinizdən narazısınızsa və buna görə startapda çalışmaq istəyirsinizsə, cəhd belə etməyin.

Bu cür qərarı almazdan öncə özünüzə sual verin ki, belə gərgin iş rejiminə hazırsınızmı və ya bu iş sizi narahat edir mi? İşdə hər şey pis olanda, digər yerdə daha yaxşı olduğu illüziyası yaranır. Əsasən də bu illüziya startapçıların qayğısız optimizminə, ofislərdə olan ping-pong stollarına baxanda hiss olunur.  Məşhur “kim yaxşı çalışırsa, daha yaxşı dincəlir” cümləsinə nəzər yetirəndə, reallıqda isə startapçının həyatında dincəlməkdən daha çox çalışmaq lazım gəlir.

Gələcəkdə nəyinsə vacib bir şeyin olacağına ümid edərək onun bir hissəsi olmaq istəyirsinizsə, onda startapda çalışmayın.

Yaxşı biznesin yaradılması üçün uzun illər sərf olunur. Gözlənilməz böyük uğur sadəcə bir əfsanədir. Hər bir uğurlu layihənin arxasında adları bilinməyən və əziyyətləri qiymətləndirilməyən insanların əzmli şəkildə çalışmaları durur. Uğurlu şirkətlər ilk başda cəlbedici görünmürdülər. Onların ideyaları isə kənar insanlar tərəfindən qeyri-real kimi qəbul olunurdu. Lakin nəticədə onlar digərləri arasında uğurlu biznes modelləri ilə fərqlənə bildilər.

Sadəcə tez-tez qeyri-müəyyənlik vəziyyətinə düşdüyünüzə görə startapda çalışmaq istəyirsinizsə bunu etməyin.

Gündəlik danışıqlardan tutmuş, il yarımdan sonra da şirkətinizin var olacağına əmin olduğunuz ana kimi şübhələr sizi yalnız buraxmayacaq. Təsəvvür edin ki, siz öz müdirinizə sual verirsiniz və o öz növbəsində “Bilmirəm. Bəlkə özün bu məsələni aydınlaşdırasan” kimi bir cavab verir. Düzünü deyin. Siz bu suala necə reaksiya verərdiniz? Əgər şirkətdə dəqiq yol üzrə fəaliyyətin olmaması sizin xoşunuza gəlmirsə, onda startapda çalışmaq sizi məhv edə bilər. Startaplarda ən çox baş verən xüsusiyyət, dəyişikliklərdir.

Əgər siz yüksək vəzifə, komfortlu ofis və bu kimi digər özəlliklər axtarışındasınızsa, onda startapda çalışmayın.

Startapın gündəlik həyatı, ətrafdakı səs-küyə etinasızlıqla yanaşmağı və uzunmüddətli gəlirə diqqət ayırmağı tələb edir. Yeni bir Mark Zuckerberg olaraq 30 yaşına kimi Forbes jurnalının üz qabığına düşmək asan məsələ deyil. Ətrafınızı 24 yaşlı startapçılar əhatə edən zaman istər-istəməz düşünürsünüz ki, siz düzgün karyera yolu mu seçmisiniz? Bu zaman vacib bir şeyi əldən qaçırmaq qorxusu yaranır. Nəticədə sonda uğur qazanan, çalışdığı sahəyə töhfə verən və öz bacarıqlarını təkmilləşdirən şəxs olur.

Karyeranızın ən məhsuldar mərhələsi olduğunu anladığınız zaman startapda çalışın. Düzgün əhval-ruhiyyə və məqsədlərlə bu cür həyat təcrübəsi sizin professional gələcəyinizi müəyyənləşdirə bilər. Uğursuz startapda keçirilmiş 1 il, hansısa böyük şirkətdə uzun müddət çalışmaqdan daha çox təcrübə verir. Biz, IPO-ya parlaq çıxışı ideallaşdırıb və milyardlarla dollar dəyərində olan müqavilələri izləyirik. Lakin reallıq ondan ibarətdir ki, yaxşı şirkətlər, şöhrət uğrunda deyil, məhz şirkətin missiyalarının yerinə yetirilməsi uğrunda çalışmış komandaların sayəsində yaranır. Hətta müəyyən vaxtdan sonra fəaliyyətini dayandıracaq startaplarda belə siz inkişaf edə bilərsiniz. Siz özünüzdə liderlik qabiliyyətini kəşf edə və dünya görüşünüzü artıra bilərsiniz. Önəmli olan o deyil ki, sizə hansısa investor dəstək verəcək və ya verməyəcək. Startapda olan iş illəri sizin həyatınızın ən yadda qalan və xoş mərhələlərindən biri olacaq. Əgər nə vaxtsa startapdan çıxacağınızı bilirsinizsə, onda startapda çalışın. Siz həqiqətən də günlərin birində startapdan çıxacaqsınız. Lakin siz, çalışdığınız illər ərzində qazandığınız biliklər və yeni, yaxşı bir şey yarada biləcəyiniz üzrə əminliklə birlikdə çıxacaqsınız. Və məncə bu, işin verə biləcəyi ən böyük xüsusiyyətdir.