
Startaplar üçün olan məşhur Y Combinator akselerator mərkəzi Çin bazarına çıxır
Startup və Biznes
16.08.2018
Emil
ABŞ-ın startaplar üçün olan məşhur biznes akseleratoru Y
Combinator Çin bazarına çıxışını elan etdi. Y Combinator China biznes
akseleratoruna Baidu şirkətinin əməliyyatlar üzrə direktoru və tədqiqatlar şöbəsinə
başçılıq edən Qi Lu rəhbərlik edəcək. Layihənin bütün büdcəsi və biznes
akseleratorunun Çin bazarı üçün proqramı hələki açıqlanmayıb. Lakin məlum olan
odur ki, akseleratorun Çindəki şöbəsi Pekində fəaliyyət göstərəcək.
Y
Combinator China sözügedən biznes akseleratorunun ilk qlobal layihəsi olacaq. Bununla yanaşı Çində fəaliyyət göstərəcək şöbə yerli investorlar və əməkdaşlarla
çalışacaq. ABŞ-da fəaliyyət göstərən Y Combinator-a gəldikdə isə o artıq Çindən
olan startapları öz proqramına daxil edir. Lakin akseleratordan cəmi 10 Çin
startapı keçib. Analitiklərin fikrincə Y Combinator China bu cür yerli layihələr
və böyük korporasiyalar ilə rəqabət aparmalı olacaq. Bununla belə onlar qeyd
edirlər ki, Y Combinator-un təcrübəsi vasitəsilə Çindən olan startaplar qlobal
bazarlara çıxa bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
