Taksi servisi Lyft daha 500 milyon dollar investisiya aldı
Tech-Biznes
Startup və Biznes
e-ticaret
23.11.2017
Farid Pardashunas
Oktyabr ayında “Google”un sahibi “Alphabet” şirkəti artıq bu taksi servisinə 1 milyard dollar investisiya yatırmışdı.
Lakin indi Lyft daha 500 milyon
dollar investisiya cəlb edib. Bu barədə Axios saytı xəbər verib. Servis təmsilçisi
həmçinin bu investisiya vəsaitinin cəlb edilməsini təsdiq edib. Müqavilə hələ
bağlanmayıb. Lakin bu investisiya Oktyabr ayında “Alphabet”in CapitalG adlı
fondu və digər investorlar tərəfindən yatırılmış 1 milyard dollar investisiya
raundunun davamı olacaq. Bu əlavə investisiya raunduna da CapitalG fondu başçılıq
edəcək. Yeni investisiya sayəsində Lyft-in dəyəri 11 milyard dollardan 11.5
milyard dollara yüksələcək. Qeyd etmək lazımdır ki, bu ilin Aprel ayında taksi
servisinin dəyəri 7.5 milyard dollar dəyərində qiymətləndirilirdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)