main-post-cover

    Tesla elektromobillərini artıq bitcoinlə almaq mümkündür

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.03.2021
    Farid Pardashunas
        Elon Musk öz Twitter hesabında Tesla elektromobillərini artıq bitcoin ilə almaq imkanının işə salındığını elan edib. Qeyd etmək lazımdır ki, Tesla elektromobillərinin bitcoin vasitəsilə alınmasının mümkünlüyü hələ keçən ay anons edilmişdi. Musk-ın sözlərinə əsasən bitcoin ilə ödənişlərin qəbul olunması məsələsində Tesla şirkəti yalnız öz daxilində yaradılmış proqram təminatından istifadə edəcək. Bundan əlavə olaraq şirkət blockchain şəbəkəsi ilə əlaqəli və açıq mənbəli koda sahib olacaq software-dən istifadə edəcək.
        Analitiklərin fikirlərinə əsasən Tesla sonrakı mərhələdə əldə olunmuş bitcoinləri dollara konvertasiya etməyəcək. Qeyd etmək lazımdır ki, 1 ay bundan öncə şirkət 1.5 milyard dollar dəyərində bitcoin əldə etmişdi. Həmin vaxtdan bu məşhur kriptovalyutanın dəyəri 40% yüksəlib. Güman olunur ki, bitcoin vasitəsilə ödənişlərin qəbul edilməsi öz növbəsində şirkətə alıcı kütləsini genişləndirmək imkanını verəcək. Hal hazırda yalnız amerikalılar bitcoin vasitəsilə Tesla elektromobillərini əldə edə bilərlər. Yaxın gələcəkdə şirkət bu cür imkanı digər ölkələrin vətəndaşlarına da təqdim etməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər