main-post-cover

    Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılmasını təsdiq edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.06.2022
    Emil Nəcəfov
        Twitter-in direktorlar şurası sosial şəbəkənin Elon Musk-a satılması üzrə müqaviləni qəbul etməyi məsləhət görüblər. Bu barədə məlumat ABŞ-ın dəyərli kağızlar üzrə komissiyasına göndərilmiş sənədlərdə qeyd edilib. Səhmdarlar arasında final səsvermənin nə zaman keçiriləcəyi dəqiq bilinmir. Lakin bu, yaxın aylar ərzində baş verə bilər. “Bütün faktorları nəzərdən keçirdəndən sonra Twitter-in direktorlar şurası belə bir qənaətə gəlib ki, sosial şəbəkənin satılması məqsədəuyğundur və Twitter ilə onun səhmdarlarının maraqlarına yönəlikdir” - deyə Twitter rəhbərliyinin bəyanatında qeyd edilib.
        ABŞ-ın dəyərli kağızlar üzrə komissiyasına göndərilmiş sənədlərdə həmçinin Musk ilə Twitter səhmdarları arasındakı razılaşmanın detalları da qeyd edilib. Güman olunur ki, sosial şəbəkənin hər bir səhmi 54.20$-dan satılacaq. Bu isə Twitter səhmlərinin bu ilin 1 aprel tarixində olmuş dəyərlərindən 38% yüksəkdir. Ümumilikdə Twitter-in alınması Musk-a 44 milyard dollara başa gələcək. Qeyd etmək lazımdır ki, iyun ayının əvvəlində Musk bu müqavilənin ləğv oluna biləcəyini elan etmişdi. Belə ki, onun sözlərinə əsasən sosial şəbəkə öz auditoriyasının hansı sayda real istifadəçilərdən ibarət olduğu barəsində dəqiq bir məlumat təqdim etməyib. Musk bu sosial şəbəkədə mövcud olan spam və fake istifadəçi hesablarının dəqiq sayını öyrənnək niyyətindədir.
    Linki kopyala