main-post-cover

    Twitter-in yeni loqosu sosial şəbəkə üçün hüquqi problemlər yarada bilər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    25.07.2023
    Emil Nəcəfov
        Elon Musk-ın Twitter-i rebrendinq edərək sosial şəbəkənin loqosu ilə adını “X” simvoluna dəyişmək ideyası öz növbəsində hüquqi problemlərə yol aça bilər. Məsələ burasındadır ki, sözügedən simvolun intellektual mülkiyyət hüquqları MetaMicrosoft da daxil olmaqla bir çox şirkətə məxsusdur. Dünən məlum oldu ki, Musk sosial şəbəkənin ənənəvi loqosunu “X” simvolu ilə əvəz edib. “Kiminsə bu məsələdə Twitter-i məhkəməyə verəcəyi 100%-lik bir ehtimaldır” - deyə Reuters saytı brendlərin mühafizəsi sahəsində təcrübəyə sahib Josh Gerben adlı vəkilə istinadən qeyd edib.
        Josh Gerben-in məlumatlarına əsasən təkcə ABŞ-da müxtəlif sahələrdə “X” hərfini əhatə edən 900 ədəd aktiv əmtəə nişanı mövcuddur və onların hamısı rəsmi şəkildə qeydiyyatdan keçirilib. Digər bir şirkətin brendinqinin istehlakçıların aldanmalarına səbəb olduğu halda həmin əmtəə nişanlarının sahibləri öz hüquqlarının pozulduğunu elan edə bilərlər. Bu məsələdə təyin edilmiş hüquqi müdafiə tədbirləri arasında əmtəə nişanından istifadənin qadağası və pul təzminatının ödənilməsi var. Məsələn Microsoft şirkəti “X” hərfi ilə bağlı əmtəə nişanına 2003-cü ildən sahibdir və o, şirkətin Xbox oyun konsolunda istifadə edilir. Meta şirkəti isə 2019-cu ildə proqram təminatı və sosial şəbəkələr kimi sahələrdə göy-ağ rəngli X simvolunu əmtəə nişanı kimi qeydiyyatdan keçirtmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər