main-post-cover

    Twitter istifadəçiləri Elon Musk-ın sosial şəbəkənin CEO vəzifəsindən ayrılmasını istəyirlər

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    19.12.2022
    Emil Nəcəfov
        Dünən Elon Musk Twitter-dəki hesabında bir mövzu ilə bağlı səsvermə keçirtdi. Belə ki, Musk sosial şəbəkənin CEO vəzifəsindən ayrılıb-ayrılmaması mövzusunda istifadəçilər arasında səsvermə keçirdib. Yekun nəticə bəlkə də Musk-ın heç də xoşuna gəlməyib. Musk Twitter-i oktyabr ayının sonunda 44 milyard dollara almışdı. Sözügedən sosial şəbəkəni alandan sonra o, Twitter-in CEO-su oldu və bununla belə ilk gündən başlayaraq sərt qərarlar qəbul etdi. Belə ki, ilk növbədə Musk Twitter işçilərinin böyük hissəsini işdən azad etdi. Bu, sosial şəbəkənin xərclərini aşağı salmaq üçün atılmış bir addım idi. Daha sonra o, ABŞ-ın keçmiş prezidenti Donald Trump-n istifadəçi hesabını bərpa etdi.
        Həmçinin Twitter-in yeni CEO-su vəzifəsinə keçid edəndən sonra o, sosial şəbəkənin keçmiş rəhbərliyini işdən azad etdi. Bununla yanaşı aylıq ödənişli Twitter Blue abunəliyinin qiymətini 8$-a qaldırdı. Bütün bu baş verənlərin fonunda sosial şəbəkənin böyük reklam verənləri Twitter-dəki reklam kampaniyalarını dayandırdılar. Onların arasında həmçinin Apple şirkəti də var idi. Lakin sonradan Apple Twitter-dəki reklam kampaniyasını bərpa etdi. Dünən isə Musk öz abunəçilərindən onun sosial şəbəkədən ayrılıb-ayrılmamasını soruşub.
        Beləliklə səsvermədə iştirak etmiş istifadəçilərin 57.5% Musk-ın CEO vəzifəsindən ayrılmasına, 42.5%-i isə ayrılmamasına səs verib. Musk isə növbəsində səsvermənin nəticələrinə nəzər yetirəcəyinə söz verib. Musk daha öncə də qeyd etmişdi ki, o, sosial şəbəkənin CEO vəzifəsindən ayrılmağı fikirləşir. Musk tərəfindən keçirilmiş səsvermə bəlkə də sadəcə bir şoudur. Heç istisna deyil ki, o, artıq CEO vəzifəsindən ayrılmaq qərarını verib və hətta bu vəzifəyə uyğun olan adamı da seçib. 
    Linki kopyala