main-post-cover

    Twitter şirkəti TikTok-un ABŞ biznesi ilə birəşmək üzrə danışıqlar aparır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.08.2020
    Farid Pardashunas
        Twitter şirkəti TikTok servisinin ABŞ biznesi ilə birləşmək üzrə danışıqlar aparır. Müqavilənin şərtləri barəsində təfərrüatlar verilməyib. Bu barədə The Wall Street Journal xəbər verib. 31 iyul tarixində Microsoft şirkəti rəsmi olaraq təsdiqləmişdi ki, o, TikTok-un ABŞ biznesinin alınması üzrə danışıqlar aparır. 6 avqust tarixində isə məlum oldu ki, şirkət servisin təkcə ABŞ biznesini deyil bütün qlobal biznesini almaq niyyətindədir. Twitter-in TikTok ilə ola biəcək müqavilənin maliyyələşdirilməsi üçün investorların köməyi lazım olacaq.
        Bir neçə müddət bundan öncə məlumat verilmişdi ki, Microsoft şirkəti TikTok-un bir hissəsinin alınmasına 30 milyard dollar xərcləyə bilər. Qeyd etmək lazımdır ki, Twitter-n bazar dəyəri 29 milyard dollar, Microsoft-un bazar dəyəri isə 1.6 trilyon dollardır. 7 avqust tarixində Donald Trump, TikTok-un bloklanması barəsində göstəriş vermişdi. Qanun 15 sentyabr tarixində qüvvəyə minəcək. Əgər həmin vaxta kimi TikTok-u hansısa şirkət alsa, o bu bloklanmadan yan keçə bilər. TikTok isə öz növbəsində 11 avqustda Trump administrasiyasını məhkəməyə verməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər