Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısına çevrilib

Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısına çevrilib

Startup və Biznes
16.07.2021 PAYLAŞIM

    Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib.


    İkinci pillədə Xiaomi qərarlaşıb. Onun bu reytinqdəki göstəricisi 17% təşkil edib. Beləliklə Xiaomi bir rüb ərzində smartfon istehsalı həcmini 83% yüksəldə bilib. Üçüncü yeri 14%-lik göstərici ilə Apple şirkəti tutub. Onun ardınca isə OPPO Vivo şirkətləri gəlirlər. Beləliklə belə qənaətə gəlmək olar ki, yenilənmiş reytinqdə əsas dəyişiklik Xiaomi şirkətinin ikinci pilləyə yüksəlməsidir. Analitiklərin fikirlərinə əsasən Xiaomi smartfonlarına artmış yüksək tələbat bu ilin ikinci rübündə onun Latın Amerikası, Afrika və Qərbi Avropa regionları üçün smartfon istehsalı həcminin artması ilə bağlıdır.

    Məlumatda qeyd edilib ki, Latın Amerikası üçün istehsal həcmi 300%, Afrika üçün 150%, Qərbi Avropa üçün isə 50% artıb. Bununla belə Xiaomi iPhone-dan 75% daha aşağı qiymət göstəricilərinə sahib smartfonları təklif edən şirkət kimi təqdim olunur. Canalys şirkətinin analitiklərinin fikirlərinə əsasən əgər şirkət Mi 11 Ultra kimi smartfonların istehsal həcmlərini artıra bilsə, o, Samsung-u da geridə qoymaq şanslarına sahib olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk SpaceX əməkdaşlarına şirkətin iflas riski ilə qarşılaşa biləcəyini açı..

Keçən həftənin sonunda Elon Musk SpaceX şirkətinin əməkdaşlarına elektron məktub göndərib və göndəri..


Twitter-in yaradıcısı Jack Dorsey şirkətin CEO vəzifəsindən ayrılıb

Dünən CNBC saytı xəbər verdi ki, Twitter-in yaradıcısı və CEO-su Jack Dorsey şirkətdən ayrılmaq qəra..


Hindistan öz regionunda Starlink-in fəaliyyətinə qadağa qoyub

Peyk interneti qəliz landşaftlı regionlarda internet problemini həll edə bilər.


App Store gəlirlərini yüksəltmək üçün Apple şirkəti Google-dan gizli reklam alır..

Ortaya çıxmış məlumata əsasən iOS-də olan məşhur tətbiqlərin irəli çəkilmələri və istifadəçilərin tə..


Apple şirkətinin yeni funksiyası səbəbilə sosial şəbəkələr milyardlarla dollar v..

Apple şirkəti Apple Tracking Transparency (ATT) adlı funksiyanı təqdim edəndən sonra böyük sosial şə..


Şirkət adının dəyişdirilməsi Meta-ya 20 milyon dollara başa gələ bilər..

Bir neçə müddət bundan öncə Facebook irimiqyaslı rebrendinq reallaşdırmışdı.

×