Logo
    main-post-cover

    Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qazanıb

        Çində hər il keçirilən 618 adlı endirimli alış-verişlərə start verilib. Bu, Black Friday-in yay fəsli üçün nəzərdə tutulmuş versiyasıdır. Xiaomi sözügedən endirimli alış-veriş çərçivəsində artıq əldə etdiyi nailiyyətlərdən danışıb. Xiaomi-nin Redmi brendini rəhbəri olan Lu Weibing bildirib ki, endirimli alış-verişlər çərçivəsində JD Tmall platformalarında satılan Android smartfonlar arasında Redmi brendinin smartfonları daha çox məşhur olublar. Məlumatda həmçinin qeyd edilib ki, endirimli alış-verişlərə start verilən andan 4 saat sonra Xiaomi 580 milyon dollar mənfəət qazanıb. Startın ilk 12 dəqiqəsi ərzində şirkət 140 milyon dollar, ilk 1.5 saatında isə 420 milyon dollar qazanıb.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi endirimli alış-verişlər çərçivəsində 4 saat ərzində 580 milyon dollar qazanıb | Technote