main-post-cover

    Yerli startap "Customar" İsveç mərkəzindən Skandinaviya ölkələrini hədəf alır

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    08.07.2017
    Farid Pardashunas
    ArtırılmışVirtual Reallıq sahəsində ixtisaslaşan yerli startap "Customar" İsveçdə yerləşən mərkəzlərini təsis etməklə Skandinaviya ölkələrinin bazarlarındakı boşluqları dəyərləndirmə yolunda ilk addımı atıb. Likoping şəhərində Fərid Yusifoğlunun təsisçiliyi ilə fəaliyyətinə start verən "Customar", Azərbaycanda kifayət qədər koorperativ müştəriyə sahib idi.
    "Science Park Mjärdevi"də yerləşməni planlayan startapın rəhbər Farid Yusifoğlu "Technote.az"a açıqlamasında aşağıdakları qeyd edib:
    "Azərbaycanda olan işlərimiz tam sürətilə davam edir. Bizim burada yerləşməmizin əsas səbəbi Avropa və əsasən Skandinaviya bazarını hədəfləməkdir. Bizim işlərimiz ölkəmizdə yolunda gedir və davam edəcək lakin biz qərara gəldik ki, komandamızın peşəkarlıq səviyyəsi yüksək olduğu üçün bu işi qlobal bazara daşıyaq. Həmçnin Avropa bazarının yüksək texnologiyalara açıq olması bizim üçün əlavə imkanlar yaradacaq."
    Şirkət eyni zamanda yeni məhsulları olan "ARZOOM" Artırılmış Reallıq platformasını məhz bu bazarda işə salmaq istəyir. Edilən açıqlamaya əsasən söyləmək olar ki, sözügedən startap artıq qısa zamanda xarici bazarda ilk müştərilər ilə işlərini duyuracaq. Azərbaycanda bir çox şirkətlərlə etdiyi ortaqlı işləri ilə qısa zamanda böyük irəliləyiş və böyümə qət edən "Custumar"ı Avropa bazarında olduqca rəqabətli bir vəziyyət gözləyir. Amma həmyerlilərimizin gördüyü işlərə nəzər salıb, dəyərləndirdik də, "Customar"ın rəqibləri üçün asan fiqur olmayacağını da dilə gətirmək lazımdır.

    Linki kopyala