Apple fevralda Gemini əsaslı yeni Siri-ni təqdim edə bilər
Süni İntellekt
26.01.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple fevral ayında Google-un Gemini süni intellekti ilə gücləndirilmiş yeni Siri-ni təqdim etməyə hazırlaşır. Bu barədə məlumatı Bloomberg-in tanınmış texnologiya analitiki Mark Gurman yayıb.
Məlumata görə, Apple fevral ayının ikinci yarısında keçiriləcək təqdimatda Gemini əsaslı Siri-nin yeni imkanlarını nümayiş etdirəcək. Yeni Siri daha ağıllı olacaq və davranış baxımından ChatGPT-yə bənzər şəkildə, AI çatbot kimi fəaliyyət göstərəcək.
Təqdimatdan sonra Gemini ilə gücləndirilmiş Siri-nin iOS 26.4 versiyası ilə birlikdə beta test mərhələsinə keçməsi planlaşdırılır. Bu versiyanın rəsmi olaraq martın sonu və ya aprelin əvvəlində istifadəyə verilməsi gözlənilir. Qeyd edək ki, Apple yeni nəsil Siri-ni ilk dəfə WWDC 2024 tədbirində elan etmişdi. Gurman bildirir ki, “Campos” kod adlı bu Siri yay aylarında keçiriləcək illik developer konfransında daha geniş şəkildə təqdim olunacaq. Yeni Siri və Gemini əsaslı Apple Intelligence funksiyalarının isə iOS 27, iPadOS 27 və macOS 27 beta versiyaları ilə birlikdə yay aylarında istifadəyə verilməsi gözlənilir.
Paylaş