Logo
    main-post-cover

    Apple-ın gecikən Siri planı indi daha çox istifadəçiyə fayda verəcək

        Technote.az “9to5Mac” platformasına istinadən bildirir ki, Apple Intelligence ilə gücləndirilmiş Siri istifadəyə verilməsində ciddi gecikmə yaşayıb və bu gecikmə artıq bir ildən çoxdur davam edir. Bunun əsas səbəbi Apple-ın süni intellekt modellərini inkişaf etdirməkdə çətinlik çəkməsi kimi qiymətləndirilir. Şirkətin məxfilik siyasəti, eləcə də bu sahəyə böyük maliyyə yatırımlarına ehtiyatla yanaşması, Apple-ın kifayət qədər geniş məlumat bazası formalaşdırmasını çətinləşdirib.
    Apple Intelligence Update: Here's What's Changing on iPhones
        Bununla belə, bu gecikmənin gözlənilməz bir müsbət tərəfi də ortaya çıxıb. Bu həftə AppleGoogle rəsmi olaraq açıqladı ki, Gemini modelləri Apple-ın Private Cloud Compute infrastrukturu üzərində işləyəcək. Bu texnologiya gələcək Apple Intelligence funksiyalarını, o cümlədən Siri-nin yenilənmiş versiyasını gücləndirəcək. Məhz bu yeni Siri ilk dəfə WWDC 2024 tədbirində təqdim olunmuşdu.
        Daha ağır hesablama tələb edən funksiyalar bulud üzərindən işləsə də, Apple yerli (on-device) modellərdən tam imtina etmir. İlk təqdimatda Apple Intelligence yalnız A17 Pro və daha yeni çipləri olan cihazlarda dəstəklənirdi. Bu isə funksiyaların yalnız iPhone 15 ProiPhone 15 Pro Max modelləri ilə məhdudlaşması demək idi. Vaxtın keçməsi Apple üçün mühüm üstünlük yaradıb. Artıq daha çox istifadəçinin uyğun cihazı var. Son iki il ərzində iPhone 16iPhone 17 seriyasından istənilən modeli alanlar, eləcə də iPhone 15 Pro sahibləri Apple Intelligence imkanlarından yararlana biləcək.
    Paylaş