Logo
    main-post-cover

    Apple Siri-ni yenidən qurur

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Apple iyunda keçiriləcək Worldwide Developers Conference tədbirində Siri üçün böyük yenilənmə təqdim etməyə hazırlaşır. Bloomberg jurnalisti Mark Gurman-ın məlumatına görə, bu yenilənmədə əsas vurğu məxfilik və istifadəçi məlumatlarının qorunması olacaq.
         Şirkət Siri-ni süni intellekt yarışında yenidən güclü oyunçuya çevirmək istəyir. Bunun üçün Apple-ın ilk müstəqil Siri tətbiqini təqdim edəcəyi gözlənilir. Bildirilir ki, tətbiq Google-un Gemini modeli ilə çalışacaq və istifadəçilərə OpenAI-ın ChatGPT xidmətinə bənzər çatbot təcrübəsi təqdim edəcək.
        Apple digər AI platformalarından fərqli olaraq məxfilik mövzusunu ön plana çıxarmağı planlaşdırır. Məlumata görə, Siri istifadəçilərə söhbət tarixçəsini avtomatik silmək seçimi təqdim edə bilər. Bu funksiyada çatlar 30 gündən sonra, 1 ildən sonra silinə və ya istifadəçinin istəyinə uyğun olaraq müddətsiz saxlanıla biləcək.
        Mark Gurman bildirir ki, Apple məxfilik vurğusundan Siri-nin rəqiblərlə müqayisədə bəzi zəif tərəflərini kölgədə saxlamaq üçün də istifadə edə bilər. Maraqlısı isə odur ki, təhlükəsizlik və məxfilik ön plana çıxarılsa da, sistemin bəzi hissələrində Google texnologiyalarından istifadə ediləcəyi deyilir.
    Paylaş