Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib
Süni İntellekt
03.02.2025
Emil
Avropa Birliyi ölkələrində “Süni Zəka Qanunu”nun (AI Act) ilk tələbləri qüvvəyə minib. Bu, süni zəkanın istifadəsini tənzimləyən irimiqyaslı qanundur. Bu qanun 2024-cü ilin mart ayında Avropa Parlamenti tərəfindən təsdiqlənib və cəmiyyət üçün “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini qadağan edir. Qanun, texnologiyaları dörd risk səviyyəsinə ayırır – minimal (məsələn, spam filtrləri) səviyyədən başlayaraq, artıq tamamilə qadağan edilən qəbuledilməz səviyyəyədək. Məlumata əsasən, qadağa sosial qiymətləndirmə (insanların sosial xarakteristikalarına görə qiymətləndirilməsi), davranış manipulyasiyası, zahiri görünüşə əsasən cinayətlərin proqnozlaşdırılması, iş və ya məktəbdə insanların emosiyalarının analizi, eləcə də ictimai yerlərdə real vaxt rejimində biometrik məlumatların toplanması üçün istifadə edilən süni zəka sistemlərinə şamil edilib.
Bu qaydaları pozan şirkətlər 35 milyon avroya və ya illik dövriyyələrinin 7%-i həcmində cərimə riski ilə üzləşirlər. Bununla belə, Slaughter and May hüquq şirkətinin texnologiya sahəsinin rəhbəri Rob Sumroy qeyd edib ki, cərimələr dərhal tətbiq edilməyəcək. "Təşkilatlar 2 fevraldan etibarən qaydalara tam əməl etməyə hazır olmalıdır, lakin əsas tədbirlər yalnız yay sonuna doğru qüvvəyə minəcək” - deyə Sumroy qeyd edib. Qeyd etmək lazımdır ki, bəzi şirkətlər qanun qüvvəyə minməmişdən əvvəl yeni tələblərə hazırlaşmağa başlayıblar. Belə ki, 2024-cü ilin sentyabrında Amazon, Google və OpenAI də daxil olmaqla 100-dən çox təşkilat, AI Act prinsiplərinin dərhal tətbiq edilməsinə dair könüllü razılaşma imzalayıb.
Bu sənəd onları qanunun müddəalarını əvvəlcədən nəzərə almağa və texnologiyalarının risklərini qiymətləndirməyə məcbur edib. Lakin Meta və Apple kimi şirkətlər bu məsələdə iştirakdan imtina ediblər. Buna baxmayaraq, Sumroy-un qeyd etdiyi kimi, bu fakt şirkətləri qanunun tələblərinə əməl etmək öhdəliyindən azad etmir. Qanunda bəzi qadağalara istisnalar da nəzərdə tutulub. Məsələn, hüquq-mühafizə orqanları müvafiq qurumların icazəsi olduqda, itkin düşmüş şəxslərin axtarışı və ya həyata təhlükənin qarşısının alınması məqsədilə ictimai yerlərdə biometrik sistemlərdən istifadə edə bilərlər
Həmçinin, məktəblərdə və ya iş yerlərində emosiyaları analiz edən sistemlərin tətbiqinə yalnız tibbi və ya terapevtik məqsədlərlə əsaslandırıldığı halda icazə verilir. Eyni zamanda, mütəxəssislər yeni qanunun artıq mövcud olan GDPR, NIS2 və DORA kimi qaydalarla üst-üstə düşməsi səbəbilə yarana biləcək çətinliklər barədə xəbərdarlıq edirlər. Samroy bunu belə izah edir: "Süni zəkanın tənzimlənməsi ilə bağlı qanunlar ayrıca, boşluqda mövcud olmur. Şirkətlər müxtəlif hüquqi aktların qarşılıqlı təsirini nəzərə almalı, xüsusilə pozuntular və insidentlər barədə bildirişlərlə bağlı tələbləri uyğunlaşdırmalıdır”. Qanunun bütün müddəalarının, o cümlədən cərimələrin 2025-ci ilin avqust ayına qədər tam tətbiq olunması gözlənilir.
Mənbə: Techcrunch
Paylaş
artificial intelligence
european union
european union ai act
avropa birliyi
ai act
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Süni İntellekt
Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
Apple şirkətinin CEO-su Tim Cook, DeepSeek süni zəka modelini “səmərəliliyi artıran innovasiya” kimi qiymətləndirib. Bu barədə o, analitiklərlə keçirdiyi konfrans zamanı DeepSeek-in Apple biznesinə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
Süni İntellekt
Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur
Technote.az The Verge saytına istinadən xəbər verir ki, yalnız mətn göstərişlərindən istifadə edərək generativ süni zəka modelləri tərəfindən yaradılmış media kontenti ABŞ-ın mövcud müəllif hüquqları qanunu ilə qorunmur.
Süni İntellekt
DeepSeek böyük texnoloji şirkətlərin səhvlərini ortaya çıxardı
Çinin DeepSeek şirkətinin istifadəyə vermiş olduğu R1 adlı süni zəka modeli son günlərdə böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, şirkət sözügedən süni zəka modelinin hazırlanması üçün az həcmdə resurs sərf edərək süni zəka sahəsindəki qaydaları tamamilə dəyişib.
Süni İntellekt
Çin süni zəkanın inkişafına 1 trilyon yuan investisiya yatıracaq
Technote.az Techpowerup.com platformasına istinadən bildirir ki, Çin hökuməti ölkədə zəka infrastrukturunun və xidmətlərinin kompleksli inkişafına yönəlmiş AI Industry Development Action Plan adlı proqram hazırlayıb.
Süni İntellekt
DeepSeek fotoların tərtibatı üçün süni zəka modelini təqdim edib
Technote.az Techcrunch saytına istinadən bildirir ki, Çinin DeepSeek startapı, Janus Pro adlı yeni multimodal süni zəka modelini təqdim edib. Bu süni zəka modeli fotoların tərtib edilməsinə istiqamətlənib.
Ən çox oxunanlar