Avropa Ittifaqı qaydaları Siri AI-nin Avropada istifadəyə verilməsini gecikdirir
Süni İntellekt
01.07.2026
Sevinj
Apple-ın baş icraçı direktoru Tim Cook və Avropa Birliyinin rəqəmsal siyasət üzrə rəhbəri Henna Virkkunen arasında keçirilən videokonfrans Siri AI funksiyasının Avropada istifadəyə verilməsi ilə bağlı yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmayıb.
Tərəflər görüşü "konstruktiv" adlandırsalar da, hansısa konkret razılaşmanın əldə olunduğu açıqlanmayıb. Əsas müzakirə mövzusu Apple-ın yenilənmiş səsli köməkçisi olan Siri AI-nin Avropa Birliyinin Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərinə uyğun şəkildə istifadəyə verilməsi olub. Apple daha əvvəl təsdiqləyib ki, Siri AI bu ilin sonunda təqdim ediləcək iOS 27 və iPadOS 27 yeniləmələri ilə Avropa Birliyindəki iPhone və iPad istifadəçilərinə əlçatan olmayacaq. Şirkət hesab edir ki, Avropa Komissiyasının tələbləri üçüncü tərəf süni intellekt köməkçilərinə Siri ilə eyni səviyyədə sistem girişinin verilməsini tələb edir ki, bu da təhlükəsizlik və məxfilik riskləri yarada bilər.
Avropa Komissiyası isə fərqli mövqe sərgiləyir. Qurumun fikrincə, Apple rəqib xidmətlərlə lazımi interoperabellik və uyğunluq mexanizmlərini hələ də yarada bilməyib. Məhz bu səbəbdən Siri AI-nin iOS və iPadOS platformalarında istifadəyə verilməsi gecikir. Hazırda nə Apple Siri AI-ni Avropaya nə vaxt gətirəcəyini açıqlayıb, nə də Avropa Komissiyası öz mövqeyini yumşaltmağa hazır olduğunu göstərib. Tərəflər yalnız danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Paylaş