
Avropa Komissiyası süni zəka qanununun icrasında heç bir təxirə yol verməyəcək
Süni İntellekt
07.07.2025
Emil
Avropa Birliyi, böyük texnologiya şirkətləri və bəzi ölkələrin vaxt cədvəlinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, süni zəkanın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini müəyyən olunmuş müddətlərə uyğun şəkildə davam etdirir. Bu barədə Avropa Komissiyasının nümayəndələri məlumat veriblər və vurğulayıblar ki, Süni Zəka Qanunu (AI Act) biznes üçün hər hansı fasilə nəzərdə tutmur. Reuters agentliyinin məlumatına görə, bir müddət əvvəl Alphabet (Google-un sahibi), Meta və Avropa startapı olan Mistral şirkəti Avropa Birliyinə müraciət edərək qaydaların tətbiqinin bir neçə il təxirə salınmasını xahiş ediblər.

Lakin Avropa Komissiyasının rəsmi nümayəndəsi Thomas Regnier mətbuat konfransında aydın şəkildə bildirib ki, heç bir təxirəsalma nəzərdə tutulmur. O, qeyd edib ki, qanunun ilk müddəaları artıq fevral ayında qüvvəyə minib, universal süni zəka modellərinə dair tələblər avqust ayında qüvvəyə minəcək, yüksək riskli sistemlərə dair normalar isə 2026-cı ilin avqustundan etibarən tətbiq olunacaq. Bununla yanaşı, Avropa Komissiyası ilin sonuna qədər rəqəmsal tənzimləmənin sadələşdirilməsi ilə bağlı tədbirlər təklif etməyi planlaşdırır. Bu tədbirlərə kiçik biznes üçün bürokratik yükün azaldılması da daxildir. Bir sıra şirkətlər artıq yeni qaydalara uyğunlaşma ilə bağlı yüksək xərclərdən narahat olduqlarını ifadə ediblər. Bu qaydalar, əsasən ABŞ və Çin tərəfindən inkişaf etdirilən və iqtisadiyyatda mühüm rol oynayan texnologiyaya nəzarət yaratmağı hədəfləyir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
