AWS-dən növbəti böyük addım: insanabənzər AI agentləri
Süni İntellekt
02.12.2025
Sevinc
Technote.az "TechRadar" platformasına istinadən bildirir ki, AWS şirkəti təşkilatların istifadə etdiyi süni intellekt agentlərini daha ağıllı və insan davranışına yaxınlaşdırmaq üçün Amazon Connect platformasına yeni imkanlar əlavə etdiyini açıqlayıb. Şirkət bu yenilikləri AWS re:Invent 2025 tədbirində təqdim edib və məqsədin müştərilərə fasiləsiz və daha təbii xidmət təcrübəsi təqdim etmək olduğunu bildirib.
Yeni versiyada agentlər Nova Sonic adlı təkmilləşdirilmiş nitq modelləri vasitəsilə daha təbii intonasiya, adekvat pauzalar və müxtəlif dillər və ləhcələrdə insanabənzər ünsiyyət qurma bacarığı əldə edir. AWS-in bildirdiyinə görə, yeniləmələr süni intellekt agentlərinə yalnız cavab vermək deyil, həm də vəziyyəti anlamaq, təhlil etmək və düzgün qərar vermək imkanı yaradır. Sistem real vaxtda dialoqu və müştərinin emosional vəziyyətini analiz edir, növbəti addımlar üçün təkliflər verir, sənədləşdirməni avtomatik hazırlayır və rutin prosedurları insan müdaxiləsi olmadan tamamlayır.
Bu yanaşma şirkətin sözlərinə görə, insan və AI arasında həqiqi əməkdaşlıq yaradacaq. Beləliklə, əməkdaşlar daha çox mürəkkəb məsələlərə və müştəri münasibətlərinin qurulmasına fokuslana biləcək, AI isə arxa plandakı proseslərini avtomatlaşdıracaq.
Paylaş