main-post-cover

    Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək

    Süni İntellekt
    21.04.2021
    Farid Pardashunas
        Aprelin 26-dan 28-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı ilə rəqəmsal formatda “Rəqəmsal idarəetmədə süni intellekt” mövzusunda beynəlxalq konfrans və data yarışması keçiriləcək. “PAŞA Holdinq”, Azərbaycan Beynəlxalq Bankı, “BestComp” və BP şirkətinin maliyyə dəstəyi ilə təşkil olunacaq konfrans dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunur.
        Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində 20-dən çox ölkəni təmsil edən 50-dən çox tanınmış spiker, beynəlxalq təşkilatların nümayəndələri, mühəndislər, süni intellekt üzrə mütəxəssislər və futuristlər bir araya toplanaraq süni intellekt sahəsində dövrümüzün ən vacib bir sıra məsələlərini müzakirə edəcəklər:
    - Rəqəmsal idarəetmədə süni intellekt və digər yeni nəsil texnologiyaların tətbiqinin sürətləndirilməsi;
    - Süni intellektin inkişafı, dizaynı və tətbiqi zamanı etik çərçivənin qorunması məqsədilə tələb və təkliflərin izlənilməsi;
    - Azərbaycanda süni intellekt əsaslı həllərin qurulması istiqamətində cari çağırışlar və gələcək baxışların təyin edilməsi;
    - Süni intellekt ekosisteminin cəmiyyətdə təşviqatının təşkili istiqamətində qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması;
        Təşkil olunacaq data yarışması öncəsi iki gün ardıcıl olaraq vörkşoplar keçiriləcək. Konfransın sonuncu günündə data yarışması təşkil olunacaq, qaliblər mükafatlandırılacaqlar.
        Konfransın rəsmi veb-səhifəsi – www.ai4digigov.com - da proqram, spikerlər, həmçinin data yarışmasında iştirak haqqında ətraflı məlumat almaq, eləcə də qeydiyyatdan keçmək mümkündür.
        Tədbirlə maraqlananlar, həmçinin tədbirin rəsmi sosial media səhifəsinə baxa bilərlər: https://bit.ly/3wEWaB1
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər