Firefox AI-a “off” düyməsi əlavə edir: Sənaye trendinə qarşı fərqli addım
Süni İntellekt
03.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Mozilla Fondu Firefox brauzerinə yeni süni intellekt nəzarət mexanizmləri əlavə edəcəyini açıqlayıb. Bu yeniliklər arasında istifadəçilərə generativ süni intellekt funksiyalarını tamamilə söndürmək imkanı verən xüsusi bir seçim də var.
Açıq mənbəli Firefox, demək olar ki, hər platformada AI inteqrasiyalarının sürətlə artdığı bir dövrdə fərqli yanaşma sərgiləyir. Mozilla-nın məqsədi istifadəçilərə AI xüsusiyyətlərini yalnız həqiqətən faydalı olduqda görmək imkanı verməkdir.
Mozilla-nın rəsmi bloqunda bildirilir ki, yeni AI nəzarətləri vasitəsilə istifadəçilər mövcud və gələcək bütün generativ AI funksiyalarını bloklaya biləcəklər. Bu məqsədlə “Block AI enhancements” adlı yeni bir parametr təqdim olunacaq.
Qeyd edək ki, bu funksiyalar 24 fevral tarixindən etibarən Firefox 148 versiyası ilə istifadəyə veriləcək. Beləliklə, Firefox istifadəçiləri brauzerdə süni intellektin olub-olmamasına tam nəzarət edə biləcəklər.
Paylaş