Logo
    main-post-cover

    Google-dan tələbələr üçün yeni addım: Gemini ilə pulsuz SAT sınaq imtahanları

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, SAT imtahanına hazırlaşmaq bir çox tələbə üçün stresli və çətin prosesdir. Google bu prosesi asanlaşdırmaq məqsədilə süni intellekt əsaslı yeni təhsil təşəbbüsü ilə çıxış edib. Şirkət Gemini adlı süni intellekt modeli vasitəsilə pulsuz SAT sınaq imtahanları təqdim etməyə başlayıb.
        Tələbələr Gemini-yə sadəcə “I want to take a practice SAT test” yazmaqla tam formatlı sınaq imtahanına daxil ola bilirlər. İmtahandan sonra Gemini nəticələri analiz edir, istifadəçinin güclü tərəflərini və zəif olduğu mövzuları göstərir, həmçinin səhv cavablar üçün ətraflı izahlar təqdim edir.
        Google bildirib ki, təqdim olunan sualların real SAT imtahanına uyğunluğu üçün The Princeton Review kimi tanınmış təhsil şirkətləri ilə əməkdaşlıq edilib. Məqsəd tələbələrin qarşılaşacaqları suallara maksimum yaxın bir təcrübə yaratmaqdır. Bu addım xüsusilə fərdi SAT hazırlıq dərslərinə maddi imkanı olmayan tələbələr üçün böyük fürsət kimi qiymətləndirilir. Pulsuz və fərdiləşdirilmiş imtahan təcrübəsi daha çox gəncin bərabər şərtlərlə rəqabət aparmasına imkan yarada bilər.
    Paylaş