Logo
    main-post-cover

    Google DeepMind ilk AI kampusunu Seulda açır

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Google DeepMind Cənubi Koreyada mühüm addım atır. Şirkət dünyanın ilk süni intellekt kampusunu Seul şəhərində açmağa hazırlaşır. Məlumata görə, şirkətin rəhbəri Demis Hassabis Cənubi Koreya prezidenti Lee Jae Myung ilə görüşərək bu layihə üzrə razılığa gəlib. Görüşdən sonra Koreyanın Elm və İKT Nazirliyi ilə rəsmi memorandum imzalanıb. Yeni kampusun 2026-cı il ərzində fəaliyyətə başlaması planlaşdırılır.
    Google DeepMind to open its first AI campus in the world in Seoul
        Layihə çərçivəsində Google DeepMind ilə Koreya arasında süni intellekt sahəsində birgə elmi araşdırmalar, kadr hazırlığı və AI texnologiyalarının məsuliyyətli istifadəsi üzrə əməkdaşlıq həyata keçiriləcək. Hassabis həmçinin ABŞ-dəki baş ofisdən ən azı 10 mühəndisin Koreyaya göndərilməsinə müsbət yanaşdığını bildirib. Yeni kampus yerli startaplar, tədqiqatçılar və sənaye şirkətləri üçün bir mərkəz rolunu oynayacaq. Layihə Koreyanın “K-Moonshot” təşəbbüsünün əsas hissəsi kimi təqdim olunur. Bu təşəbbüs ölkənin ABŞ və Çinlə birlikdə dünyanın aparıcı üç süni intellekt gücündən birinə çevrilməsini hədəfləyir.
        Bu qərarın simvolik tərəfi də var. Memorandumun imzalandığı məkan 2016-cı ildə AlphaGo vs Lee Se-dol match qarşılaşmasının keçirildiyi eyni məkandır. Həmin vaxt Google-un AlphaGo sistemi əfsanəvi Go ustası Lee Se-dol üzərində 4:1 hesabı ilə qalib gəlmiş və bu hadisə süni intellekt sahəsində böyük dönüş nöqtəsi sayılmışdı.
        Hassabis görüş zamanı bu hadisəyə də toxunaraq bildirib ki, AlphaGo uğuru sonradan AlphaFold kimi elmi nailiyyətlərin yaranmasına təkan verib. Məhz AlphaFold layihəsi sayəsində proteinlərin 3D quruluşunun proqnozlaşdırılması mümkün olub və bu uğur Hassabisə 2024-cü ildə Kimya üzrə Nobel mükafatı qazandırıb.
        Google DeepMind həmçinin Koreyanın texnologiya nəhəngləri, Samsung, SK Hynix, Boston Dynamics və LG ilə əməkdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu isə Koreyanın həm proqram təminatı, həm də hardware səviyyəsində AI ekosistemində daha böyük rol oynayacağını göstərir. Ekspertlərə görə, bu addım Google-un Koreyanı yalnız bazar kimi deyil, həm də qlobal süni intellekt inkişafının əsas mərkəzlərindən birinə çevirmək niyyətində olduğunu göstərir.
     
    Paylaş