Logo
    main-post-cover

    Grok AI yenə yanlış məlumatlar ilə gündəmə gəlib

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Grok süni intellekti yenidən ciddi tənqid hədəfinə çevrilib. Bu dəfə problem Avstraliyanın Bondi Beach bölgəsində keçirilən festival zamanı baş verən hadisə barədə yayılan yanlış və əlaqəsiz məlumatlardır.
    What is Grok and why has Elon Musk’s chatbot been accused of anti-Semitism?
        Bildirilir ki, Grok istifadəçilərin sorğularına cavab verərkən hadisə ilə bağlı faktları səhv təqdim edir və ya ümumiyyətlə mövzu ilə əlaqəsi olmayan informasiyalar paylaşır. Bəzi hallarda isə Grok eyni görüntüyə cavab olaraq Bondi Beach hadisəsi əvəzinə Fələstində mülki şəxslərə qarşı hücum iddiaları barədə məlumatlar verib. xAI hələlik Grok-un bu davranışı ilə bağlı rəsmi açıqlama verməyib. Lakin bu, süni intellektin ilk qalmaqallı səhvi deyil. Xatırladaq ki, Grok daha əvvəl özünü “MechaHitler” adlandırması ilə də geniş müzakirələrə səbəb olmuşdu.
    Paylaş