main-post-cover

    James Webb teleskopu spiral formasında olan qalaktikanın detallı fotosunu çəkib

    Süni İntellekt
    24.07.2022
    Farid Pardashunas
        James Webb kosmik teleskopu spiral formasında olan NGC 628 (digər adı Messier 74) adlı qalaktikanın detallı fotosunu çəkib. Sözügedən qalaktika Yer kürəsindən 32 milyon işıq ili uzaqlığında Balıqlar bürcündə yerləşir. Öz güclü parlaqlığına görə bəzi alimlər bu qalaktikanı “kabus qalaktika” adlandırırlar. Təqdim edilmiş foto James Webb-in MIRI adlı kamerası vasitəsilə yaxın infraqırmızı diapazonda çəkilib. Messier 74-ün simmetrik özəlliyinə görə onu bəzən “ideal spiral” da adlandırırlar. Elmi nöqteyi cəhətdən bu qalaktika orta kütləli qara dəlik ilə diqqəti cəlb edir. Alimlərin fikirlərinə əsasən həmin orta kütləli qara dəlik qalaktikanın mərkəzində yerləşir. Daha əvvəllər müxtəlif kosmik teleskopların elmi təchizatları Messier 74 adlı qalaktikanın fotosunu çəkiblər.
        Onların arasında məşhur Hubble teleskopu da var. Məlumata əsasən James Webb teleskopu sözügedən qalaktikanı keçən həftə müşahidə edib. Messier 74 qalaktikasının çəkilmiş yeni fotosunun əvvəlki fotolardan əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, yaxın infraqırmızı diapazonda çəkilib. Bu isə teleskopun ümumi güzgüsünü təşkil edən 18 ədəd paneli və onun digər teleskoplar ilə müqayisədə Yer kürəsindən daha uzaq məsafədə yerləşməsi hesabna mümkün olub. Qeyd etmək lazımdır ki, 12 iyul tarixində NASA yenin nəsil kosmik teleskop vasitəsilə çəkilmiş ilk fotonu təqdim etmişdi. Həmin gün axşam saatlarında isə teleskop tərəfindən çəkilmiş ilk fotoların digərləri təqdim edilmişdi. Həmçinin 14 iyul tarixində alimlər Yupiterin, onun halqalarının və 3 peykinin əks olunduqları fotonu sərgiləmişdilər.
    Messier 74-ün Hubble tərəfindən çəkilmiş fotosu:
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər