Logo
    main-post-cover

    Mozilla gəlir modelini yenidən qurmaq istəyir

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Mozilla yeni CEO-su ilə Firefox-un gələcəyini daha açıq şəkildə “AI mərkəzli” qurmağa hazırlaşır. Şirkətin "for-profit" qoluna rəhbərlik edəcək yeni icraçı direktor Anthony Enzor-DeMeo deyir ki, AI dövründə insanlara etibar edilə bilən texnologiya şirkəti daha çox lazımdır və Mozilla bu boşluğu doldura bilər. Enzor-DeMeo-nun planına görə, Mozilla yaxın zamanda öz nəhəng dil modelini (LLM) sıfırdan yaratmayacaq. Bunun əvəzinə, Firefox-a gələn il “AI Mode” adlı yeni rejim əlavə olunacaq və istifadəçilərə müxtəlif AI modellərindən seçim etmək imkanı veriləcək: həm açıq mənbəli modellər, həm də “Mozilla-nın öz buludunda” host edilən daha özəl seçimlər.
    Mozilla Is Flailing When the Internet Needs It the Most | WIRED
        Yeni CEO vurğulayır ki, Mozilla üçün “prioritet 1” yenə də ən yaxşı brauzeri qurmaqdır və yeni məhsulların çoxu Firefox-la daha sıx inteqrasiya olunacaq. Məsələn, Mozilla VPN-in gələn il Firefox-a birbaşa daxil edilməsi planlaşdırılır. Digər tərəfdən, Mozilla-nın biznes tərəfi də gündəmdədir. Şirkət Google-un Firefox-da “default search” razılaşmasından gələn gəlirdən asılılığı azaltmaq istəyir, amma bunu brauzerdən uzaqlaşmadan abunəlik, reklam və mümkün yeni axtarış və AI tərəfdaşlıqları ilə etməyi düşünür.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...